...

Türkiyə XİN rəhbərinin Azərbaycan xarici işlər nazirinin müavininə qarşı kobudluğu barədə məlumat həqiqətə uyğun deyil - nazirlik

Siyasət Materials 20 Aprel 2009 04:31 (UTC +04:00)
Türkiyə XİN rəhbərinin Azərbaycan xarici işlər nazirinin müavininə qarşı kobudluğu barədə məlumat həqiqətə uyğun deyil - nazirlik

Türkiyə Xarici İşlər Nazirliyi bazar günü bəyanatla çıxış edərək erməni və azərbaycan mətbuatında yer alan, guya Yerevanda ölkənin xarici işlər naziri Əli Babacanın Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevə qarşı kobudluq etməsi ilə əlaqədar məlumatı təkzib etdi. Bu barədə Türkiyənin "24" telekanalı xəbər verir.

"Yerevanda guya Türkiyənin xarici işlər naziri Əli Babacanın Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevə qarşı kobudluq etməsi ilə əlaqədar məlumatın dərc edilməsi məsuliyyətsiz bir addımdır. Bu informasiya ilk olaraq Ermənistan, daha sonra Azərbaycan mətbuatında dərc olunub", deyə Türkiyə XİN-in bəyanatında deyilir.

Türkiyə xarici işlər naziri bəyan etdi ki, Ermənistana səfər çərçivəsində Əli Babacanla Mahmud Məmmədquliyev arasında həqiqətən də görüş baş tutub. Bu görüş dostluq şəraitində keçib və faydalı olub.

Xəbər lenti

Xəbər lenti