...

Müxalifətçilər Gürcüstan Prezidentinin ispan konqresmenlərlə şam yeməyinə mane olmağa çalışıblar

Siyasət Materials 27 Aprel 2009 12:59 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 27 aprel / Trend , müxbir N.Kirtsxaliya /  

Dünən müxalifətyönlü gənclər Gürcüstan Prezidenti Mixail Saakaşvilinin ispan konqresmenlərlə işgüzar şam yeməyi yediyi "Meydan" restoranının qarşısında etiraz aksiyası keçirməyə cəhd ediblər. Ancaq məlum olub ki, dövlət başçısı gürcü parlamentari və onların ispan həmkarlarının şam yeməyinə cəmi bir neçə dəqiqəliyə qoşulub və nümayişçilər gələnə qədər restoranı tərk edib.

Tbilisini tərk edərkən Gürcüstanda baş verənlərə şərh verən ispaniyalı konqresmenlər "özünü ifadə etmə azadlığı da müəyyən çərçivədə olmalıdır" deyib. Konqresmen Jord Çekra Gürcüstandakı demokratik prosesləri alqışlayıb.

"İnsanın özünü açıq şəkildə ifadə etməsi yaxşıdır, amma bu müəyyən çərçivədə və qanuni seçilmiş hökumətlə razılaşdırılmış şəkildə olmalıdır", - o, jurnalistlərə Tbilisi hava limanında deyib və Gürcüstana səfərini "uğurlu" kimi dəyərləndirib.

"Meydan" restoranının qarşısındakı piket iştirakçıları isə hesab edirlər ki, ölkədə yaradılan durumda prezident və onun komandasının vaxtını bu cür keçirməsi rüsvayçılıqdır. Müxalifətin liderlərindən biri, mühafizəkar Bidzina Qucabidzenin sözlərinə görə, onda Saakaşvili və başqa "millətçilər"in vaxtını necə keçirdiyini göstərən fotoşəkillər var.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti