...

"Daşnaksütyun" – vaxtında olan vətənpərvərlik coşqusu: Trend News-un icmalçısı

Siyasət Materials 29 Aprel 2009 09:02 (UTC +04:00)
"Daşnaksütyun" – vaxtında olan vətənpərvərlik coşqusu: Trend News-un icmalçısı

Trend-in Avropa redaksiyasının icmalçısı Elmira Tariverdiyeva

Ermənistanda baş verən aktiv xarici siyasət prosesləri şəraitində ölkə hökumətində daxili parçalanma baş verdi. Yerevanın xarici siyasəti ilə bilavasitə bağlı olan parçalanma "Daşnaksütyun" partiyasının vaxtında olan vətənpərvərlik coşqusudur.

"Daşnaksütyun" partiyasının xarici siyasət kursunda Ermənistanın hakim koalisiyasında yer alan digər üzvləri ilə fikir ayrılığı dəfedilməz olduğundan "daşnaklar" aprelin 26-da hakim koalisiyanı tərk etdi.

Bununla belə, "Daşnaksütyun" nümayəndələri qeyd etdilər ki, partiya "yeni müxalif keyfiyyətlərlə" çıxış edərək, xarici və daxili siyasətlə bağlı öz proqramlarını ortaya qoyaraq hazırkı hakimiyyətə mükəmməl alternativ olacaq.

Təəcüb doğuran odur ki, hakimiyyətdə olan və nüfuza malik dörd partiyadan biri prezidentin kursuna etiraz edir və bir az da irəli gedərək müxalifətə çəkilir.

"Qanunilik Ölkəsi" partiyasının sədri Artur Baqdasaryan deyib ki, "Daşnaksütyun" nümayəndələri onları narahat edən hakimiyyətin addımlarından xəbərdar olublar. Onun sözlərinə əsasən, "Daşnaksütyun" partiyası Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesindən tam məlumatlı idilər.

"Daşnaksütyun"un hakimiyyətlə başlıca fikir ayrılığı Ankaranın ilkin şərtlər diktə etdiyi şəraitdə iki ölkə XİN rəhbərləri arasında birgə bəyanatın qəbul edilməsi oldu.

"Daşnaksütyun" təmsilçilərinin sözlərinə görə, Türkiyə tərəfinin 1915-ci il hadisələrində ermənilərin soyqırıma uğradığını qəbul etmələri Ermənistanın milli təhlükəsizliyi baxımından vacib şərtdir. 

Partiyanın belə sərt addım atmasına səbəb nədir? "Daşnaksütyun" başa düşməyə bilməz ki, qonşulardan təcrid olunmuş və qeyri-stabil maliyyə sistemi şəraitində Türkiyə ilə əlaqələrin bərpası və sərhədlərin açılması ölkə iqtisadiyyatına güclü axına səbəb olacaq. Lap zəhlə aparan "soyqırım" iddiaları bahasına olsa da.

Ermənistanın siyasi arenasında gözə çarpmayan, lakin hər şeyə qadir erməni lobbisi Ermənistanda sonuncu rolu oynamır və bu lobbinin özəyi ABŞ-dakı erməni diasporudur. Onların da əsas məqsədi 1915-ci ildə ermənilərin "soyqırıma" uğradıqlarını, Dağlıq Qarabağın öz müqəddəratı təyin etməsini və Gürcüstandakı erməni lobbisinin hüquqlarına əməl olunmasını beynəlxalq ictimayyətə qəbul etdirməkdir.

Ermənistan hakimiyyətinin hazırkı siyasətinin erməni lobbisinin narazıçılığına səbəb olması başa düşüləndir. Onların ilk uğursuzluğu ABŞ Prezidenti Obamanın məlum çıxışı zamanı 1915-ci il hadisələrinə toxunarkən "soyqırım" sözünü işlətməməsi oldu. Bunun Türkiyə və Ermənistan arasında baş verən proseslərlə bağlı olduğunu anlamaq bir o qədər də çətin deyil və ABŞ-ın məsələdə öz maraqları var - tərəfləri "hürkütməmək".

Məntiqə əsaslansaq qeyd etmək olar ki, erməni lobbisi üçün növbəti prezident seçkilərindən sonra Ermənistan hakimiyyətini lazımi istiqamətə yönəltməkdən ötrü "Daşnaksütyun" sonuncu ümid yeri ola bilər.

Yəqin ki, koalisiyanı tərk etməklə, gedişinə inqilabi don geyindirməklə və koalisiyanın siyasətinin nəticəsinə görə cavabdehlikdən yaxa qurtarmaqdan ötrü "Daşnaksütyun" ilk növbədə daxili siyasi effekti nəzərə alıb.

Belə siyasi gediş daha effektlidir. Çünki çoxlu sayda tərəfdaşları olan təşkilat üçün eks-prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi yeganə müxalifət partiyası ilə rəqabətə girmək elə də çətin olmayacaq.

2012-ci ildə Ermənistan siyasi kursunun dəyişib-dəyişməyəcəyini zaman göstərəcək. Lakin dünya erməni lobbisinin kursunu dəstəkləyən barışmaz "Daşnaksütyun" partiyasının mövqeyi isə indidən ortadadır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:

[email protected]

Xəbər lenti

Xəbər lenti