...

Gürcüstan müxalifəti və diplomatik korpus arasında olan dialoq sistemli xarakter alacaq

Siyasət Materials 30 Aprel 2009 17:32 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 30 aprel / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstan müxalifəti və diplomatik korpus arasında olan dialoq sistemli xarakter alacaq. Bu barədə diplomatik korpusla görüşdən sonra müxalifət liderlərindən biri Kaxa Kukava deyib. Onun sözlərinə əsasən, görüş zamanı müxalifətçilər diplomatik korpusla Gürcüstandakı hazırda yaranmış vəziyyəti müzakirə ediblər.

Kukava qeyd edib ki, beynəlxalq ictimaiyyət Gürcüstanda baş verən hadisələrə obyektiv qiymət verməlidir. Kukava diplomatik korpusla keçirilən görüşlərin səmərəli olacağına ümidvar olduğunu bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti