...

Azərbaycanda NATO ilə tərəfdaşlığın 15 illiyinə həsr edilmiş marka buraxılıb

Siyasət Materials 1 May 2009 17:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 may / Trend , müxbir C.Babayeva /  

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ölkənin NATO ilə tərəfdaşlığının 15 illiyinə həsr edilmiş poçt markası buraxıb.

Marka üzərində Azərbaycan və NATO-nun bayraqları təsvir edilib, cümə günü Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaydığı məlumatda bildirilib.

Məlumata əsasən, Belarusun "Belaruskiy Dom Peçati" mətbəəsində 50 000 ədəd tirajla çap olunmuş marka nəfis tərtibatda və yüksək zövqlə hazırlanıb.

Trend -un arayışı: NATO ilə Azərbaycan arasında münasibətlər 1992-ci ildə Azərbaycanın Şimali Atlantika Əməkdaşlıq Şurasına qoşulması ilə başlanıb. (1997-ci ildə AvroAtlantik Tərəfdaşlıq Şurası (AATŞ) adlandırılıb). Əməkdaşlıq Azərbaycanın 1994-cü ildə "Sülh naminə tərəfdaşlıq" Proqramına qoşulmasından sonra tədricən inkişaf etməyə başlayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti