...

Azərbaycanın XİN rəhbəri mayın 4-5-də ABŞ-a səfər edəcək (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 1 May 2009 17:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 may / Trend , müxbir E.Тariverdiyeva /

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Dövlət Departamentinin dəvəti ilə ABŞ-a səfər edəcək. Səfər çərçivəsində ABŞ Dövlət katibi Hillari Klinton, Pentaqonun rəsmi şəxsləri, Təhlükəsizlik Şurası və ekspertlər qrupu ilə görüşlər planlaşdırılır. Görüşlərdə regionun problemləri və Azərbaycan-Ermənistan münasibətləri müzakirə olunacaq. 

Ermənistan KİV-in məlumatına görə, mayın ilk günlərində Ermənistan xarici işlər naziri Edvard Nalbandyan da Vaşiqntona səfər edəcək.

Xəbər lenti

Xəbər lenti