...

Gürcüstanda baş verən hadisələrin Rusiya ilə əlaqəsi yoxdur – eks-prezident

Siyasət Materials 5 May 2009 18:04 (UTC +04:00)
Gürcüstanda baş verən hadisələrin Rusiya ilə əlaqəsi yoxdur – eks-prezident

Azərbaycan, Bakı, 05 may / Trend , müxbir E.Tariverdiyeva /

Gürcüstanda baş verən hadisələr Rusiya faktoru ilə əlaqəli deyil. Bu barədə telefon vasitəsilə Gürcüstanın eks-prezidenti Eduard Şevardnadze Trend -a bildirib.

"Hazırkı hərbi qiyamla bağlı Rusiyanın müdaxiləsi istisnadır", - Şevardnadze qeyd edib.

Gürcüstanın müdafiə naziri David Sixarulidzenin sözlərinə əsasən, bu gün baş verən hərbi qiyam Gürcüstanda keçiriləcək NATO təlimlərinin qarşısını almaqdan ötrü təşkil edilib. Gürcüstanın daxili işlər naziri qiyamın Rusiya tərəfi ilə razılaşdırıldığını bildirib.

Muxrovani tank taborunun qiyamçıları tərksilah edilib. Bu barədə Gürcüstanın İctimai televiziyası məlumat yayıb. Qiyamçılarla şəxsən danışıqlarda iştirak edən Gürcüstan Prezidenti artıq hadisə yerini tərk edib.

Rəsmi məlumata əsasən, münaqişə sona çatıb.

Şevardnadzenin fikrincə, qiyamın təşkili ilə bağlı Rusiyaya yönəlmiş ittihamlar əsassızdır.

"Hesab edirəm ki, qiyam Gürcüstandaxili çəkişmələr üzündən baş verib - Prezident və müxalifət çəkişməsi", - eks-prezident vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti