...

Gürcüstanın NATO-dakı sabiq nümayəndəsi casusluq etdiyini etiraf edib

Siyasət Materials 6 May 2009 18:08 (UTC +04:00)
Gürcüstanın NATO-dakı sabiq nümayəndəsi casusluq etdiyini etiraf edib

Gürcüstan, Tbilisi, 06 may / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) tərəfindən saxlanılan bu ölkənin NATO-dakı sabiq nümayəndəsi, hazırda isə Politologiya İnstitutunun beynəlxalq münasibətlər fakültəsinin dekanı Vaxtanq Maysaya üçüncü ölkənin maraqları üçün casusluq etdiyini etiraf edib. Bu barədə çərşənbə günü Gürcüstan DİN-dən məlumat verilib. Gürcüstan televiziyası vasitəsilə onun etiraf ifadələri nümayiş olunub.

Dövlət sirlərinə çıxışı olan Maysaya casusluqda ittiham olunaraq, Gürcüstan Cinayət Məcəlləsinin 314-cü maddəsinə əsasən (dovlət sirlərinin açılması) şübhəli şəxs qismində saxlanılıb.

Maysaya xarici xüsusi xidmət orqanları ilə əlaqədə olduğunu və onların göstərişlərinə uyğun olaraq dövlət sirlərini, o cümlədən hərbi, siyasi və iqtisadi mahiyyətli məlumatları, hökumətdə dəyişiklikləri, Gürcüstanın silah almasını özündə əks etdirən şifrələnmiş məktub hazırladığını etiraf edib.

Gürcüstan DİN-in məlumatına görə, ötən ilin avqustunda Gürcüstan-Rusiya müharibəsi dövründə Maysaya Gürcüstan qoşunlarının yerləşdiyi mövqe, hərbi texnikanın sayı, dislokasiya yerləri barədə hər saat qarşı tərəfə məlumat çatdırırmış. Maysayın dediyinə görə, verilən informasiyaların əvəzində o, hər il yeddi min avro və əlavə bonuslar alırdı. Maysayın bildiridiyinə əsasən, avqustda göstərdiyi fəallıqdan sonra onun Gürcüstandakı "bank bazisi"nə üç min avro keçirilib.

Maysaya Rusiya kəşfiyyatına Ukraynadan olan tanış professorun vasitəsilə çıxdığını etiraf edib. Bundan sonra o, Rusiya zabitlərindən birinə məktub göndərib.

Maysayanı 12 il müddətinə həbs gözləyir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti