...

İran Xəzərdəki ticarət donanmasını inkişaf etdirmək niyyətindədir – Gəmiçilik İdarəsinin rəhbəri ilə müsahibə

Siyasət Materials 8 May 2009 09:20 (UTC +04:00)
İran Xəzərdəki ticarət donanmasını inkişaf etdirmək niyyətindədir – Gəmiçilik İdarəsinin rəhbəri ilə müsahibə

Azərbaycan, Bakı, 08 may / Trend , müxbir Т.Cəfərov /

Trend -ın İranın Gilan vilayətinin Gəmiçilik İdarəsinin rəhbəriı Fərhad Muntasar Kuhsari ilə müsahibəsi.

- İranın Gilan vilayətinin Ənzəli şəhərində Xəzəryanı ölkələrin liman başçılarının birinci iclası keçirildi. İclasın keçirilməsində məqsəd nə idi və orada hansı razılıqlar əldə edilib?

- Bu ilk tədbir idi. Görüşdə İranın nəqliyyat naziri, İranın limanları və Gəmiçilik İdarəsinin direktoru, Gilan və Mazandaran vilayətlərinin başçıları, Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistan gəmiçiliyinin rəhbərləri və özəl şirkətlərin nümayəndələri iştirak edib. Müzakirələr dostluq və səmimilik ruhunda keçirilib. Müzakirələrin əsas məqsədi Xəzəryanı ölkələr arasında yükdaşımaları sahəsindəki əməkdaşlığın daha da inkişaf etdirilməsidir. Bu məsələ bütün iclas iştirakçılarını maraqlandırır və onlar bildirdilər ki, bu sahədə əməkdaşlığın inkişafının tərəfdarıdırlar.

 - Xəzəryanı ölkələr arasında hansısa müqavilə imzalandımı?

- Bəli, iclasın sonunda Xəzəryanı ölkələrin liman strukturlarının başçıları arasında 15 maddədən ibarət protokol imzalandı. Ona əsasən, Xəzəryanı ölkələrin liman strukturlarının iclasının daimi katibliyi İranda yerləşəcək. Katiblik Xəzəryanı ölkələrin liman strukturlarının illik iclaslarının təşkili və işinin koordinasiya edilməsi məqsədilə fəaliyyət göstərəcək. Protokola əsasən, iclas hər il növbəli şəkildə müxtəlif ölkələrdə keçiriləcək. Birinci iclasda növbəti iclasın Rusiyanın Olya limanında keçirilməsi qərarı qəbul edilib. Protokolda Xəzəryanı ölkələrin yükdaşımaları sahəsində əməkdaşlıq məsələləri, yükləmə və boşaltma sisteminin sadələşdirilməsi, liman əməliyyatları xərclərinin azaldılması, nəqliyyat dəhlizindən daha intensiv istifadə olunması üçün regionda yükdaşımaların artırılması, Xəzəryanı ölkələrdə liman infrastrukturunun tikintisinin özəl şirkətlərə verilməsi, gəmiçilik sahəsində elmi əməkdaşlıq, gəmilərə texniki xidmətin göstərilməsi, Xəzərin neft məhsulları ilə çirkləndirilməsinə qarşı mübarizə öz əksini tapıb. Bununla yanaşı, protokola mümkün hadisələrin qarşısının alınması üzrə Xəzəryanı ölkələr arasında birgə təlimlərin keçirilməsi məsələsi də daxil edilib. İclasda həmçinin, gəmiçilik birliyinin yaradılması məsələsi də müzakirə edilib. Bu birgə gəmiçilik müəssisəsində özəl şirkətlərin iştirakı da nəzərdə tutulub. Müştərilərə daha yaxşı xidmət göstərilməsi məqsədilə protokolda sənədləşmə işinin sadələşdirilməsi də öz əksini tapıb. İclasın bütün iştirakçıları Şimal-Cənub dəhlizi ilə yükdaşımaların inkişafı məsələsini dəstəkləyib.

- İclas çərçivəsində İran və Azərbaycan arasında ikitərəfli müzakirələr aparıldımı? İki ölkə arasında hansısa müqavilə imzalandımı?

- Demək istərdim ki, sadaladığım məsələlər Xəzəryanı ölkələrin bütün liman strukturlarının başçıları tərəfindən dəstəklənib və Xəzərdə dəniz yükdaşımaları sahəsində əməkdaşlığın artırılması qərarına gəliblər. Bu həm ikitərəfli, həm də çoxtərəfli əsasda nəzərdən keçirilir. Xəzər dənizi ümumidir. Bu dənizdə sülh və təhlükəsizlik yaradılıb. Xəzərin bütün sərvəti bütün ölkələri aiddir.

Xəzəryanı ölkələrin əməkdaşlığı qonşu ölkələrə də öz təsirini göstərəcək. İclas çərçivəsində orada iştirak edən özəl şirkətlərlə görüşlər keçirilib. İclasın məqsədi Xəzəryanı ölkələrin liman strukturları başçılarının öz aralarında sıx əlaqələrə malik olmasıdır. Bu gün dünyada informasiya sahəsi inkişaf edir. Dəniz yükdaşımaları dünyada vacib rol oynayır. Dünyada yüklərin 90 faizi dəniz nəqliyyatı vasitəsilə daşınır. Bu nöqteyi-nəzərdən beş Xəzəryanı ölkə bu sahədə əməkdaşlığı gücləndirməlidir.

- İranın Xəzər dənizindəki fəaliyyətini necə qiymətləndirirsiniz? İran Xəzər dənizində donanma yaratmaq istəyirmi?

- İstənilən işin realizəsi iqtisadi və maliyyə mənbələrindən asılıdır. İrana lazım olan məhsulların Xəzər vasitəsilə gətirildiyini nəzərə alsaq, donanmanın yaradılması vacibdir. Bu səbəbdən biz Xəzərdəki gəmiçiliyimizi inkişaf etdirməliyik. Bu işin realizəsi regiondakı bütün sahələrin inkişafına səbəb ola bilər. Ən əsas sahə isə Xəzər dənizində turizmin inkişafıdır. Burada böyük turizm potensialı var. Bu nöqteyi-nəzərdən gəmiçiliyin inkişafı vacibdir. Dəniz donanmasının yaradılması bu sahənin inkişafına kömək edə bilər. Ümumiyyətlə isə, bu məsələnin həyata keçirilməsi bütün Xəzəryanı ölkələr üçün səmərəli ola bilər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti