...

Azərbaycan Prezidenti və ABŞ-ın Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi görüş keçiriblər

Siyasət Materials 9 May 2009 02:08 (UTC +04:00)

Praqada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cümə günü ABŞ-ın Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar ilə görüşmüşdür, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb. 
Görüşdə "Cənub dəhlizi - Yeni İpək yolu" sammitinin əhəmiyyəti qeyd olundu. 
Bildirildi ki, Azərbaycan ilə ABŞ arasında energetika sahəsində həyata keçirilən uğurlu əməkdaşlıq, eyni zamanda, regional səviyyədə də enerji əməkdaşlığının genişlənməsinə xidmət edir. 
Görüşdə Azərbaycan ilə ABŞ arasında əlaqələrin daha da genişlənəcəyinə əminlik ifadə olundu. 


Xəbər lenti

Xəbər lenti