...

ATƏT-in Minsk qrupu Cənubi Qafqazda təhlükəsizliyin və etimadın yaranacağına ümid edir

Siyasət Materials 11 May 2009 17:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 may / Trend , müxbir Y.Ostapenko / ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycan və Ermənistanın hazırki liderlərinin Dağlıq Qrarabağ münaqişəsinin ağır səbəb və nəticələrini dəf edəcəyinə, təhlükəsizlik, etimad, əməkdaşlıq və xalqlar arasında məhsuldar ünsiyyət atmosferi yaradacağına ümid edirlər. Bu barədə Minsk qrupu həmsədrlərinin ATƏT-in rəsmi saytında yerləşdirilmiş birgə bəyənatında deyilir.

"Biz səmimi olaraq inanırıq ki, tərflərin üzərində çalışdığı sülh razılaşması Azərbaycan, Ermənistan və Dağlıq Qaabağın yen nəsli üçün müharibə dəhşətlərini hiss etmədən yaşamağa zəmin yaradacaq", - bəyanatda qeyd olunur.

"Ümid edirik ki, Azərbaycan və Ermənistan liderləri Minsk qrupu həmsədrləri ilə birgə münaqişənin sülh yolu ilə həlli prinsiplərini həyata keçirməkdə uğur əldə edəcəklər", - həmsədrlər qeyd ediblər.

"Baza prinsipləri" dedikdə Dağlıq Qrarabağın statusunun sülh prosesinin sonuncu mərhələsində ümumxalq səsvermə ilə təyyin edilməsi nəzərdə tutulur. Buna qədər isə digər tədbirlərə, o cümlədən güc tətbiqinə əl atılmamalıdır, qarşılıqlı etimad yaranmalı, Ermənistan qoşunlarını tədricən işğal olunmuş ərazilərdən çıxarmalı, məcburi köçkün və qaçqınların qayıtması və ticarətin bərpsı həyata keçirilməlidir. "Baza prinsipləri" Azərbaycan və Ermənistan XİN rəhbərlərinin 2004-ci ildən Praqada keçirilən və "Praqa prosesi" adlandırılan bir neçə görüşün nəticəsində əldə edilib. 

Həmsədrlər 1994-ci ildə əldə olunmuş atəşkəsin yetərincə effektiv olmadığından və hər il cəbhə xəttində insanların faciəvi şəkildə öldüyündən təəssüfləndiklərini bildiriblər.

"Biz tərəfləri atəşkəs haqqında razılaşmanın bütün bəndəlrinə əməl etməyə və həmsədrlərin 2008-ci ildə ATƏT-in Helsinkidə keçirilən XİN rəhbərləri konfransında təklif etdiyi kimi cəbhə xəttindən snayperləri çıxarmağa çağırırıq", - bəyanatda vurğulanır.

Ötən ilin dekabrında Helsinkidə Rusiya və Fransa XİN rəhbərləri, ABŞ Dövlət katibi müavininin Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə beştərəfli görüşü baş tutdu.

Minsk qrupunun həmsədri olan ölkə nümayəndələri rusyalı nazirin Ermənistan-Azərbacan Dağlıq Qarabağ münaqişəsi iştirakçılarını " Baza prinsiplərinin razıldaşdırılması məqsədi ilə ATƏT-in Minsk qrupu ilə birgə səylər göstərməyə və razılaşma əsasında əhatəli sülh razılaşması layihəsinin hazırlanmasına başlamağa çağırdı".

Sənədi imzalayan tərəflər yenə də bildirdilər ki, münaqişənin həlli hərbi yolla mümkün deyil və münaqişə edən tərəfləri sülh prosesinə sadiq olduqlarını təsdiq etməyə səslədilər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb.  1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. Ümumilikdə Azərbaycan ərazisinin 20%-i Ermənistanın işğalı altındadır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti