...

ABŞ Prezidenti iyulun 6-da Rusiyaya səfər edəcək

Siyasət Materials 12 May 2009 10:49 (UTC +04:00)

ABŞ Prezidenti Barak Obama 6-8 iyul tarixlərində Rusiyaya rəsmi səfər edəcək. Səfər Rusiya Prezidenti Dmitri Medvedyevin dəvəti ilə baş tutacaq. Obamanın Moskvaya səfərinə dair razılaşma iki ölkə liderinin apreldə Londonda "iyirmiliyin" sammiti öncəsi keçirilən görüşü zamanı əldə olunub. Xəbəri Vesti telekanalı yayıb.  

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov bazar ertəsi Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının iclasının yekununda keçirilən mətbuat konfransında Rusiya və ABŞ prezidentlərinin Moskvada müzakirə edəcəkləri məsələlər sırasında Yaxın Şərq nizamlanmasının da olacağını bildirib. "Bu səfər diqqətlə hazırlanır. İkitərəfli münasibətlərin istisnasız bütün istiqamətləri və beynəlxalq mövzular gündəliyə daxil ediləcək. Əminəm ki, Yaxın Şərq məsələsinin inizamlanması kifayət qədər yer tutacaq", - deyə Lavrov bildirib. Xəbəri Kremlin mətbuat xidmətinə istinadən "İnterfaks" yayıb.

Mayın 8-də Rusiyanın xarici işlər naziri ABŞ Prezidentinin Moskvaya səfərini hazırlamaq üçün Vaşinqtona səfər edib. ABŞ Prezidenti Obama ilə görüş öncəsi Lavrov ABŞ-ın Dövlət katibi Hillari Klinton ilə danışıqlar aparıb.

Xəbər lenti

Xəbər lenti