...

Azərbaycan Ordusunun bir zabiti qəza zamanı həlak olub, bir əsgəri isə ağır yaralanıb

Siyasət Materials 12 May 2009 18:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 may / Trend , müxbir K.Zərbalıyeva /  

Azərbaycan Ordusunun zabiti qəza zamanı həlak olub

Hüquq-mühafizə orqanlarındakı mənbədən çərşənbə axşamı Trend -a verilən məlumata görə, bu gün səhər saatlarında Pirəküşkül ərazisində hərbi maşının əyləcinin tutmaması səbəbindən avtomobil aşıb və nəticədə Müdafiə Nazirliyinin Səngəçal qəsəbəsindəki N saylı hərbi hissəsinin zabiti, leytenant Kamil Xəlil oğlu Xəlilov hadisə yerində ölüb, əsgər Nurlan Əsgərov isə xəsarət alıb.

Əsgər hərbi hospitala yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Xəlilov Ucar Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. Hadisə ilə bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat almaq mümkün olmayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti