...

İranın ali dini rəhbəri ABŞ-ı İraqda terrorist hazırlamaqda ittiham edib

Siyasət Materials 19 May 2009 15:57 (UTC +04:00)

İranın ali dini rəhbəri Ayətulla Əli Xameneyi çərşənbə axşamı ABŞ-ı İraqın Kürdüstan əyalətində terrorist hazırlamaqda ittiham edib. Bu barədə Fransa xəbər agentliyinə istinadən İRNA xəbər agentliyi məlumat yayıb.

"ABŞ İranın qərb sərhədləri yaxınlığında terroristlər hazırlayır və İrana qarşı silah, pul tədarükü və başqa tədbirlər görür", - İranın ali dini rəhbəri Xameneyi çərşənbə axşamı İranın Kürdüstan əyalətinin Saqqız şəhərində çıxışı zamanı bildirib.

Xameneyi bildirib ki, ABŞ İraq Kürdüstanı üçün çox təhlükəli planlar hazırlayıb. "ABŞ bu proqramlarla kürd xalqının müdafiəsini deyil, onları nəzarətdə saxlamaq məqsədini güdür", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti