...

Dağlıq Qarabağ münaqişəsini yalnız danışıqlar yolu ilə həll etmək lazımdır – Xorvatiya Prezidenti

Siyasət Materials 22 May 2009 16:23 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsini yalnız danışıqlar yolu ilə həll etmək lazımdır – Xorvatiya Prezidenti

Xorvatiya Prezidenti Stepan Mesiç hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi yalınz danışıqlar yolu ilə həll olunmalıdır. Xəbəri Novosti-Armeniya yayıb.

"On gün müharibə etməkdənsə, on il danışıqlar aparmaq yaxşıdır", - deyə o, cümə günü Yerevanda keçirilən mətbuat konfransında bəyan edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xorvatiyanın təcrübəsindən danışan Prezidenti Mesiç xatırladıb ki, o zaman Yuqoslaviyanın Konstitusiyasına görə, onun tərkibinə daxil olan respublikalar dövlət kimi, muxtar vilayətlər isə konstitutiv element, yaxud federasiya tərkibləri kimi müəyyən olundular.

"Məsələnin həlli qismində müharibəni seçən və sərhədlərin dəyişdirilməsini istəməyən qüvvələr olmasaydı, biz öz problemlərimizi sülh yolu ilə həll edərdik. Lakin təəssüf ki, hərbi həll variantı üstün gəldi və biz xeyli sayda insan itkisinə məruz qaldıq və sərhədlər millimetr də olsun dəyişmədi", - deyə Mesiç bildirib və qeyd edib ki, hərbi əməliyyatlar nəticəsində keçmiş respublikalar müstəqil dövlətlərə çevrildi.

"Kosovo vilayətinin statusunun həlli zəruri oldu. Serbiyanın Kosovoda nə öz hakimiyyətini təyin etmək potensialı var idi, nə də gələcək danışıqların aparılması potensialı. Nəticədə Kosovo öz müstəqilliyini elan etdi və bizim tanıdığımız yeni reallıq meydana gəldi", - deyə o qeyd edib.

Kosovonun Alban hakimiyyəti 2008-ci il 17 fevral tarixində ABŞ və aparıcı Avropa İttifaqı ölkələrinin dəstəyi ilə Serbiyadan ayrılaraq birtərəfli qaydada öz müstəqilliyini elan etdi.
Serbiya və Rusiya Kosovonun müstəqilliyini tanımaqdan imtina edir və bəyan edirlər ki, onun yeni statusunun elan olunması istiqamətində atılan birtərəfli addım beynəlxalq hüquq normalarını kobud şəkildə pozur.

Xorvatiya Prezidenti Mesiç Ermənistan Prezidenti Serj Sarkisyanın dəvəti ilə dünən axşam Yerevana gəlib.

Xorvatiya Prezidentinin Ermənistana ilk səfərində əsas məqsəd dövlətlərarası münasibətlərin möhkəmləndirilməsi, elm, marif və mədəni əlaqələrin stimullaşdırılasından ibarətdir. Səfər zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığın birinci dərəcəli istiqamətləri və vəzifələrinin müzakirəsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti