Azərbaycan, Bakı, 25 may / Trend , müxbir, K. Zərbalıyeva /
Bakı şəhər sakini dələduzluq yolu ilə Türkiyə vətəndaşının külli miqdarda pulunu ələ keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend -a verilən məlumata görə, bu il yanvarın 8-də Aqil Eyvazov Türkiyə vətəndaşı İsmet Saracın etimadını qazanaraq ondan 20.000 dollar alıb.
Faktla əlaqədar mayın 24-də Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinə ərizə ilə müraciət olunub. Hazırda polis bölməsində bununla bağlı araşdırma aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]