...

ABŞ və Aİ qeyd-şərtsiz danışıqlara çağırır

Siyasət Materials 26 May 2009 11:56 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 25 may / Trend , müx N.Kirsxalia /

ABŞ və Avropa İttifaqı öz birgə bəyanatlarında Gürcüstan hakimiyyətini və müxalifətini küçələrdə mövcud olan böhrana son qoymağa və dərhal ilkin şərtlər olmadan danışıqlara başlamağa çağırıb.

"ABŞ və Avropa İttifaqı Gürcüstan hakimiyyətini və müxalifətini küçələrdə mövcud olan böhrana son qoymağa və dərhal ilkin şərtlər olmadan, yeni proqram üzrə Gürcüstanda demokratiyanı gücləndirmək məqsədi ilə danışıqlara başlamağa çağırır", - mayın 25-də dərc edilmiş bəyanatda bildirilir. 

"Bütün gürcüstanlıları qanunun aliliyinə hörmət etmək, Konstitusiyanı qorumaq, zorakılıqdan çəkinmək və dinc etiraz hüququna hörmət etməyə çağırırıq. Biz demokratik azadlıqların, əmin-amanlığın inkişafına yönəlmiş bütün cəhdləri və bir daha Gürcüstanın ərazi bütövlüyü və azadlığını dəstəkləyirik", - bəyanatda deyilir.

Xəbər lenti

Xəbər lenti