...

"Palmali" "Mira" gəmisi ekipajının azərbaycanlı üzvlərinin Vətənə qayıtmalarını təmin edəcək

Siyasət Materials 26 May 2009 19:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 may / Trend , müxbir C.Babayeva /

"Mira" gəmisinin ekipajının səkkiz azərbaycanlı üzvünün Vətənə qayıtması "Palmali" şirkətlər qrupu tərəfindən həyata keçiriləcək. Bu barədə Trend -a heyət üzvlərindən biri deyib.

"Mira"gəmisi heyətinin azərbaycanlı üzvləri Vətənə dönəcəklər", - o deyib. 

Türkiyə şirkətinə məxsus olan "Mira" gəmisi bank tərəfindən Hindistan hökumətinə olan borca görə metal kimi satılıb. Lakin gəminin iki sahibi olduğu müəyyənləşib və onlar bankın qərarı ilə razılaşmayaraq bankı məhkəməyə veriblər. İş hələ də Hindistan məhkəməsindədir və qərar qəbul olunanadək gəmi Hindistanın ərazi sularında saxlanılacaq.

Hazırda dənizçilər Tandnaqar şəhərinin mehmanxanalarından birində yerləşdiriliblər.

"Mira" gəmisinin 8 nəfəri azərbaycanlı olmaqla 24 nəfərdən ibarət ekipajı Hindistan Xarici İşlər Nazirliyinin icazəsi ilə ötən həftə quruya çıxa biliblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti