...

Azərbaycan heç bir dövlətin xarici siyasətinə müdaxilə etmir – XİN

Siyasət Materials 3 İyun 2009 10:26 (UTC +04:00)
Azərbaycan heç bir dövlətin xarici siyasətinə müdaxilə etmir – XİN

Azərbaycan, Bakı, 02 iyun / Trend , müxbir Ü.Sadıxova /

Azərbaycan müstəqil dövlətdir və heç bir dövlətin xarici siyasətinə müdaxilə etmir, Trend -a Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov bildirib.  

Rəsmi Tehran bəyan edib ki, Aşqabad və Bakı ölkələrindəki İsrail səfirliklərini bağlamalıdırlar, İsrail Prezidenti Şimon Peresin Bakıya planlaşdırılan səfəri İslam dünyasına hörmətsizlikdir.

"İran tərəfinin bəyanatı təəccüblüdür, belə ki, Tehran Azərbaycan nümayəndə heyətini yüksək səviyyədə qarşılayarkən, eyni zamanda Azərbaycan ərazisini işğal edən, tarixi abidələri məhv edən, müsəlmanları qətlə yetirənləri də yüksək səviyyədə qarşılayır", - deyə Poluxov bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti