...

Sloveniya Prezidenti Azərbaycanın dövlət başçısını Respublika Günü münasibətilə təbrik edib

Siyasət Materials 5 İyun 2009 20:15 (UTC +04:00)

Sloveniya Prezidenti Danilo Türk Azərbaycan Prezidenti İlhamƏliyevi Respublika Günü münasibətilə təbrik edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Türk təbrik məktubunda Azərbaycan və onun vətəndaşlarına hərtərəfli inkişaf və rifah arzulayıb, Sloveniya və Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmləndirilməsindən məmnun olduğunu və həmin əlaqələrin gələcəkdə də ikitərəfli və çoxtərəfli müstəvilərdə genişləndiriləcəyinə əminliyini bildirib.

Xəbər lenti

Xəbər lenti