...

Azərbaycanın vitse-spikeri jurnalistlərin cinayət məsuliyyətinə cəlb olunmaması ilə bağlı qanunun müzakirəyə çıxarılmasını mümkün sayır

Siyasət Materials 6 İyun 2009 08:25 (UTC +04:00)
Azərbaycanın vitse-spikeri jurnalistlərin cinayət məsuliyyətinə cəlb olunmaması ilə bağlı qanunun müzakirəyə çıxarılmasını mümkün sayır

Azərbaycan, Bаkı, 05 iyun / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın vitse-spikeri jurnalistlərin cinayət məsuliyyətinə cəlb olunmaması ilə bağlı qanun layihəsinin müzakirəyə çıxarılmasını mümkün hesab edir.

"Diffamasiya haqqında" qanun layihəsi nə vaxtsa müzakirəyə təqdim oluna bilər, amma bunun yaxın müddətdə baş verəcəyini düşünmürəm", - cümə günü Trend -a Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib.

Trend -un arayışı: Bir müddət əvvəl Mətbuat Şurası və bir neçə jurnalist təşkilatı Milli Məclisin rəhbərliyinə "Diffamasiya haqqında" qanun layihəsinin müzakirəyə çıxarılaraq qəbul olunması ilə bağlı müraciət ediblər.

"Diffamasiya haqqında" qanun layihəsi 2005-ci ildə ATƏT-in Bakı ofisinin dəstəyi ilə hazırlanıb. Onu hazırlayan işçi qrupuna millət vəkillləri Qənirə Paşayeva, Azay Quliyev, jurnalist təşkilatlarının nümayəndələri və hüquqşünaslar daxildir.

Beynəlxalq təşkilatlar hesab edirlər ki, təhqirə və böhtana görə cinayət məsuliyyətini nəzərdə tutan 147-ci (böhtan) və 148-ci (təhqir) maddələr Cinayət Məcəlləsindən çıxarılmalıdır.

Muradovanın sözlərinə görə, cəmiyyətdə bununla bağlı kifayət qədər müzakirələr aparılıb. "Lakin layihəni qəbul etməzdən əvvəl bu qanunun təsiri altında olan insanların özlərinin qanunvericiliyə və mətbuata münasibəti dəyişməlidir", - vitse-spiker əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti