...

Azərbaycanın müdafiə naziri NATO/AATŞ-nin müdafiə nazirlərinin iclasında iştirak edəcək

Siyasət Materials 9 İyun 2009 18:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 iyun/ Trend , müxbir C.Babayeva/

Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev iyunun 11-də Avro-Atlantik Tərəfdaşlıq Şurası çərçivəsində müdafiə nazirlərinin iclasında iştirak edəcək.

Əbiyev iyunun 12-də NATO və Əfqanıstandakı əməliyyatlara töhfə verən tərəfdaş ölkələrin müdafiə nazirlərinin görüşündə iştirak edəcək.

Azərbaycan və NATO arasında əməkdaşlığın təməli 1994-cü il mayın 4-də "Sülh naminə tərəfdaşlıq" proqramının çərçivə sənədinin imzalanması ilə qoyulub. Azərbaycan ATƏT-in üzv olan 27 dövlətdən biridir, eyni zamanda bu proqramın birinci iştirakçılarından biridir.

1996-cı ilin aprel ayında "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində rəsmi sənəd imzalanıb. Bu sənədə əsasən qarşılıqlı fəaliyyətin istiqamətləri müəyyən edilib. Hazırda bu proqrama müvafiq olaraq Azərbaycan onun tərkibindəki 50 tərəfdaşın tapşırıqlarını həyata keçirir.

2005-ci ilin avqustun 3-də Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının NATO ilə fərdi tərəfdaşlığı üzrə fəaliyyət planının təsdiqlənməsi" haqqında sərəncam verib.

Hazırda əməkdaşlıq "Azərbaycan Respublikasının NATO ilə fərdi tərəfdaşlığı üzrə fəaliyyət planı"nın ikinci mərhələsi çərçivəsində həyata keçirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti