Şübhələr İranda prezident seçkilərinin yenidən keçirilməsi ilə aradan qaldırıla bilər – ekspertlər

Şübhələr İranda prezident seçkilərinin yenidən keçirilməsi ilə aradan qaldırıla bilər – ekspertlər

Azərbaycan, Bakı, 18 iyun / Trend , müxbirlər T.Cəfərov, T. Konyayeva /

İranda Prezident seçkilərinin nəticələri ilə bağlı şübhələr yalnız səslərin yenidən sayılması ilə aradan qaldırılmayacaq, çünki seçki prosesində də müəyyən şübhələr var.

"Prezidentliyə namizədlər Mir Hüseyn Musəvi və Mehdi Kərrubi yalnız səslərin sayılmasını deyil, seçkilərin yenidən keçirilməsini tələb edirlər, çünki seçki prosesində böyük saxtakarlıq faktları olub", - iranlı ekspert İsa Səhərxiz cümə axşamı Tehrandan telefonla Trend -a bildirib.

İyunun 12-də DİN-in təşkilatçılığı və Nəzarət Şurasının nəzarəti ilə İranda keçirilən prezident seçkilərində Əhmədinejad səslərin 63,6 faizini qazanmaqla qalib olub. Digər üç namizəd seçkilərin şübhəli keçirildiyini elan edib.

Mehdi Kərrubi və Mir Hüseyn Musəvi seçkilərin yenidən keçirilməsini tələb ediblər. Musəvinin seçki qərargahında Səslərə Nəzarət Komitəsinin rəhbəri Əli Əkbər Möhtəşəmipur iyunun 17-də keçirdiyi mətbuat konfransında bildirib ki, "Həqiqət Araşdıran Komitə" təşkil olunmalıdır və seçki prosesi, səslərin sayılması bir daha araşdırılmalıdır. Lakin Səhərxiz bu komitənin uğurlu fəaliyyət göstərə biləcəyinə şübhə ilə yanaşır.

Kərrubinin seçki kampaniyasının üzvu olan Səhərxiz bildirib ki, "Həqiqət Araşdıran Komitə"nin yaradılması o zaman uğurlu olar ki, komitənin üzvləri müstəqil şəxslər olsun. Onun fikrincə, komitə üzvlərinin qarşısında maneələr olmamalıdır.

İranın Nəzarət Şurası İran İslam Respublikasının nəzarət qurumlarından biridir. Bu şuranın 12 üzvü var. Nəzarət Şurasının 6 üzvu birbaşa ali dini rəhbər Xameneyi tərəfindən təyin olunur, digər altı üzvu isə hüquqşünaslardır. Onlar İran Ədliyyə Nazirliyi tərəfindən parlamentə təqdim olunurlar və səlahiyyətləri parlament tərəfindən təsdiqlənir. Nəzarət Şurası İran Parlamentinin bütün qanunlarının və eləcə də bələdiyyə seçkilərindən başqa, ölkədə keçirilən bütün seçkilərdə iştirak edəcək namizədlərin səlahiyyətlərini təsdiqləyir. İranın ədliyyə naziri bir başa ali dini rəhbər tərəfindən təyin olunur. Bununla yanaşı, Xameneyinin seçkidən sonra dərhal Əhmədinejadı yenidən prezident seçilməsi münasibətilə təbrik etməsi Nəzarət Şurasının tərəfsiz mövqe tutmayacağına şübhələri daha da artırır. Möhtəşəmipur Nəzarət Şurasının düzgün qərar qəbul edəcəyinin sual altında olmasını elan edərək, "Həqiqət Araşdıran Komitə" üzvlərinin müstəqil, nüfuzlu və etibarlı şəxslərdən təşkil olunmasının vacibliyini vurğulatıb.  

Sabiq konservativ deputat, iranlı ekspert İmad Əfruğ isə hesab edir ki, Nəzarət Şurası əslində dövlət qurumudur, seçkilərin nəticəsinə yenidən baxılmasına isə müstəqil qurum nəzarət etməlidir. Əfruğ Trend -a bildirib ki, həm seçkilərin prosesi, həm də səslərin sayılması yenidən araşdırılmalıdır.

Lakin Səhərxiz hesab edir ki , komitənin təşkil olunması ilə bütün problemlər həll olunmur. "Ola bilsin ki, komitənin təşkil olunmasına razılıq verməklə, hakimiyyət vaxt qazanmaq üçün xalqı aldatsın və nəticə etibarilə, seçkilərin şəffaflaşdırılması üçün heç bir addım atmasın", - Səhərxiz hesab edir. Onun fikrincə, mövcud vəziyyətdə səslərinin yenidən hesablanmasından danışmağa dəyməz, ona görə ki, hələlik hər bir səsvermə qutusunda olan səslərin statistikası namizədlərə təqdim olunmayıb. "Ola bilsin ki, qutular dəyişdirilib, çünki qutuların hesablanmasında müşahidəçi olmayıb. Onlar əvvəlcədən elan etdikləri statistikaya uyğun qutulardakı səsləri dəyişə bilərlər", - Səhərxiz bildirib.

İranda keçirilən prezident seçkilərinə etiraz olaraq, müxtəlif şəhərlərdə milyonlarla vətəndaş aksiya keçirir. Aksiya iştirakçıları hakimiyyətin reaksiyası ilə üzləşib, kobud şəkildə döyülüb, 13 nəfərin güllələnərək həlak olması rəsmən təsdiq olunub.

ABŞ eksperti, antropologiya üzrə Washington Universitetinin professoru Bob Kanfild (Bob Canfield) hesab edir ki, İran administrasiyası çalışır ki, seçkilər sağlam keçirilməsə də, seçkinin nəticələri və Əhmədinejadın qələbəsi öz təsdiqini tapsın. "Administrasiyanın davranışı göstərir ki, onlar açıq şəkildə xalqın seçkilərin nəticəsini qəbul etməməsinə dözə bilmirlər, ona görədə çalışırlar ki, sərt və kobud tədbirlər həyata keçirsinlər ki, xalqı sakitləşdirə bilsinlər", - Kanfild cümə axşamı elektron poçtla Trend -a bildirib.

Onun sözlərinə görə, İran hakimiyyətinin nəticə etibarilə seçkilərin "demokratik" keçirildiyinin təsdiqinə ehtiyacları var. "Beləliklə düşünürəm ki, İran Administrasiyası elə bir komitənin təşkil olunmasına icazə verəcək ki, yaradılacaq komitənin işinin nəticəsi elan olunmuş nəticədən fərqlənməyəcək", - Kanfild deyib.

Səhərxiz hakimiyyətin xalqı aldadacağını ehtimal edərək düşünür ki, əhali geri çəkilməməlidir və namizədlər də pozulmuş hüquqlarının bərpası üçün qanun çərçivəsində addımlar atmalıdır, yəni komitənin işə başlaması ilə digər görə bilinəcək işləri dayandırmaq lazım deyil.

Ekspertlərin fikrincə, hakimiyyət İran xalqına hörmətlə yanaşmasa, ölkədə qeyri-sabit vəziyyət yarana bilər. Kanfild hesab edir ki, İran xalqının dini inanclarına baxmayaraq, onların dini alimlərə münasibəti xeyli dərəcədə azalıb. "Onlar ayətulla rejiminə inanmırlar, çünki dini hakimiyyət İslamdan sui-istifadə edir və xalq bunu bilir. İranlılar 78-79-cu illərdə Şah rejimini devirdiyi kimi, molla rejimini də devirə bilərlər", - ABŞ eksperti hesab edir.

Kanfild düşünür ki, hakimiyyət təzyiqləri və yalanları elə səviyyəyə çatdırmamalıdır ki, əhalinin qəzəbi "bomba" kimi partlasın.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Ermənilər Cəbrayılda 800 yaşı olan Şərq çinarını xüsusi vandallıqla məhv edib (FOTO)
Ermənilər Cəbrayılda 800 yaşı olan Şərq çinarını xüsusi vandallıqla məhv edib (FOTO)
Hindistan pandemiya ilə bağlı qlobal rifah üçün güclərini bölüşəcək - Baş nazir
Hindistan pandemiya ilə bağlı qlobal rifah üçün güclərini bölüşəcək - Baş nazir
“Əsas Məsələ”də “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans müzakirə olunub
“Əsas Məsələ”də “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans müzakirə olunub
Loading Bars
Xəbər lenti
Türkiyədə son sutkada koronavirusdan 55 413 nəfər sağalıb
"Mançester Siti" və "Real" Çempionlar Liqasının yarımfınalına yüksəlib
NATO öz ordusunu Əfqanıstandan çıxarmağa başlayıb
Bakı sakini mənzildə halsız vəziyyətdə aşkar edilib
"Brent" markalı neftin qiyməti 66,9 dollar təşkil edib
Dünyada ötən sutka koronavirusa 679 mindən çox yoluxma qeydə alınıb - ÜS
Birinci vitse-prezident Mehriban Əliyeva SMA xəstəliyindən əziyyət çəkən Tunarla bağlı tapşırıq verdi
Balakəndə yol polisi reyd keçirib, qaydaları pozan sürücülər barəsində protokol tərtib olunub (FOTO)
Aleksandr Lukaşenko: Prezident İlham Əliyev postsovet məkanındakı prezidentlər arasında ən savadlı, ən mədəni insandır
Vaksini Azərbaycanla bölüşməyə hazırıq - Belarus Prezidenti
Bizim razılığa gəldiyimiz bütün məsələlər reallaşacaq - Belarus Prezidenti
Belarus ilə Azərbaycan arasında münasibətlərin strateji xarakterini bir daha təsdiq etdik - Aleksandr Lukaşenko
Prezident İlham Əliyev: Ermənistanın başına gələnlərin təqsirkarı Ermənistan rəhbərliyidir
Prezident İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsi nizamlanıb
Prezident İlham Əliyev: Minsk qrupunun nə ilə məşğul olacağı bizə hələ məlum deyil
Prezident İlham Əliyev: Qarabağın bərpası layihələrində üç dost ölkədən olan şirkətlər artıq işləyirlər
Prezident İlham Əliyev: Belarus bizim dostumuz, sınaqdan çıxmış tərəfdaşımızdır
Prezident İlham Əliyev: Biz hədəflərimizi çox dəqiq müəyyən etmişik
MDU-nun rektoru Ramazan ayının gəlişi münasibətilə professor-müəllim və inzibati-texniki heyətini təbrik edib
Minsk Qrupunun xəbis niyyəti - Revanşizm körüklənir?
BEA Azərbaycanın OPEC+ sazişini icra etməsini qiymətləndirib
Ermənilər Cəbrayılda 800 yaşı olan Şərq çinarını xüsusi vandallıqla məhv edib (FOTO)
BEA Azərbaycanda neft hasilatı üzrə proqnozlarını yüksəldib
Hindistan pandemiya ilə bağlı qlobal rifah üçün güclərini bölüşəcək - Baş nazir
Yaşıl enerji məkanı üzrə alt İşçi Qrupunun ikinci iclası keçirilib (FOTO)
Ən mürəkkəb münaqişə ocaqlarından birini Azərbaycan öz güclü ordusu ilə söndürə bilib - Deputat
Baş nazir Əli Əsədov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb
Ağdamda bıçaqlanma hadisəsi olub
XİN Fransanın Ermənistandakı səfirinə cavab verdi
Erməni cəmiyyəti hansısa şovinist qüvvələrin əsirinə çevrilməməlidir - Deputat
Belarus Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb (FOTO)
Azərbaycan müharibə meydanında da müdrik, humanist, sülhsevər mövqeyini ortaya qoyub - Tamam Cəfərova
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
“Əsas Məsələ”də “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans müzakirə olunub
Hərbi Qənimətlər Parkına axın edən paytaxt sakinləri: Ölkəmizlə bir daha qürur duyduq - Trend TV-nin REPORTAJI
“Azərpoçt” MMC-nin Baş direktoru PTT rəhbəri ilə onlayn görüş keçirib (FOTO)
Azərbaycanın diplomatik mübarizədə qələbəsi döyüş meydanında Zəfərini şərtləndirən amillər sırasındadır - Vüqar Rəhimzadə
Ukrayna və Azərbaycan alternativ enerjinin istifadəsi potensialını artıra bilər
Qubadlıda yol tikintisi zamanı XVlll əsrə aid məscidi qanunsuz sökənlər cəzalandırılacaq
Somalidə avtobus partladılıb - 17 ölü
Azərbaycanla İtaliya arasında humanitar sahədə əməkdaşlıq xüsusi anlam daşıyır - Sevil Mikayılova
Qəbul imtahanında Vətən müharibəsi ilə bağlı suallar olacaq
Aprelin 15-nə USD/AZN rəsmi məzənnəsi
BMT-nin ofisi Azərbaycanda humanitar fəaliyyəti dəstəkləmək üçün 2 milyon ABŞ dolları ayırıb (FOTO)
Ukrayna azad edilmiş ərazilərin bərpasında Azərbaycana kömək etməyə hazırdır - Baş nazirin müavini
Azərbaycan-Türkiyə gömrük məsələləri üzrə birgə komitənin iclası keçirilib (FOTO/ VİDEO)
Cəlilabadda reyd: sürücülər cərimələndi (FOTO)
YAP Gənclər Birliyinin üzvləri Hərbi Qənimətlər Parkını ziyarət edib (FOTO)
“Yaşıl Marafon” çərçivəsində Qubadlıda ağacəkmə aksiyası keçirilib (FOTO)
Neftçalada içməli su probleminin həlli üçün yeni layihənin icrasına başlanılır (FOTO)
Türk Şurası ölkələri futbol sahəsində əməkdaşlıq sazişi imzalayıb
30 il boyunca faydalı iş görməyən Minsk qrupunun indi məsləhət vermək haqqı yoxdur - Deputat
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 2 293 nəfər COVID-19-a yoluxub, 31 nəfər vəfat edib
Birinci rübdə 30 min şəxsə e-qaydada fərdi hesab açılıb
AQTİ-nin regional sınaq laboratoriyaları səriştəlik proqramında yüksək nəticə göstərib (FOTO)
Azərbaycan və Ukraynanın əməkdaşlığı üçün bir sıra istiqamətlər mövcuddur - Baş nazirin müavini
Ermənistanla dövlət sərhədində daha bir hərbi hissə fəaliy­yə­tə başladı (FOTO)
Xızıda "Mitsubishi" yanıb
Hərbi Qənimətlər Parkına hansı marşrut avtobusları gedir? - BNA açıqladı
Şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş sərgi təşkil olunub (FOTO/VİDEO)
Yulğun kollarının məhv edilməsi ilə bağlı iş prokurorluğa göndərildi
Saatlı sakinindən 2 ədəd odlu silah götürülüb
Ramanada şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər verildi (FOTO)
Türkiyə parlamentində Ermənistanın Azərbaycana hücumu zamanı qeydə alınan pozuntular müzakirə ediləcək
Türkiyə Liviyaya COVID-19-a qarşı vaksin göndərir (FOTO)
İşğaldan azad olunan ərazilərə ceyranlar buraxılacaq
“TURKUAZ” layihəsi çərçivəsində ilk ekspres konteyner blok qatarı Bakıya çatıb
Moody’s Bank Respublikanın reytinq üzrə proqnozunu iki pillə birdən yüksəltdi
Ukrayna Baş nazirinin müavini Ağdama gedib (FOTO)
Azərbaycanda nikah və boşanmaların sayı məlum olub
Azərbaycan və Belarus prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər (FOTO) (YENİLƏNİB)
Azərbaycan-Belarus sənədləri imzalanıb (FOTO)
Yeni doğulan körpələrin 53,2 faizi oğlandır
Azərbaycan əhalisinin sayı açıqlanıb
Hesab.az fəaliyyətinin 10-cu ilini qeyd edir
Küçədə saxlanılan koronavirus xəstələri xəstəxanaya yerləşdirilib
Putin vaksinin ikinci dozasını vurdurub
UNEC təkrar ali təhsilə sənəd qəbulu elan edir
İranda koronavirusdan gündəlik ölüm halı 300-ü keçib
Azərbaycan Türkiyədən 100 milyon dollarlıq kimyəvi məhsul idxal edib
Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyi qeyd ediləcək - Sərəncam
Kiyevdə sərt karantin rejiminin müddəti uzadılıb
Xətai rayonunda küçələr abadlaşdırılır (FOTO)
Aleksandr Lukaşenko: Azərbaycan öz milli arzusuna çatmaq yolunda böyük addım atıb
Prezident İlham Əliyev: Azərbaycan-Belarus münasibətləri hər hansı problemlərdən tamamilə uzaqdır
"Sən tək deyilsən, biz səninləyik!" adlı psixoloji debat keçirilib (FOTO)
Beynəlxalq Maliyyə Korporasiyası ilə dənizdə külək enerjisi sahəsində əməkdaşlığa dair sənəd imzalanıb (FOTO)
Evini tərk edən daha 5 koronavirus xəstəsi aşkarlandı, 2 nəfərə cinayət işi başlandı
246 min fermerə payızlıq əkinlərə görə subsidiya ödənilib
Sabah 25 dərəcəyədək isti olacaq
Türkiyə ilk "hava-hava" tipli raketini sınaqdan keçirib (VİDEO)
Banka yaxınlaşmadan hesab açılması prosedurunu səmərəli etmək lazımdır - Assosiasiya rəhbəri
Mədəni və dini abidələrimizə qarşı erməni vəhşiliyi - ŞƏRH
“Elmlər Akademiyası” stansiyasında relslərdəki ağac şpallar dəmir-beton şpallarla əvəzlənir (FOTO)
Naqif Həmzəyev Çin səfiri ilə görüşüb (FOTO)
Mobil bankçılıq sahəsində islahatlar təkmilləşdirilir
Ermənilər Hərbi Qənimətlər Parkından dərs götürsünlər - Hərbi ekspert (VİDEO)
Azərbaycanda qızıl və gümüş bahalaşır
GiLTEX müştərilərini Sumqayıtda yeni magazasında salamlamağa hazırdır (FOTO)
Bütün xəbərlər