...

Azərbaycanın Naxçıvan MR-in bələdiyyələri birləşdirilib

Siyasət Materials 19 İyun 2009 17:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyun / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın Milli Məclisi cümə günü Naxçıvan Muxtar Respublikası (MR) bələdiyyələrinin birləşdirilməsi haqqında qanun qəbul edib.

"Muxtar Respublikada 84 bələdiyyənin birləşdirilməsi nəticəsində 40 bələdiyyə yaradılacaq. Bundan sonra Muxtar Respublikada bələdiyyələrin ümumi sayı 171 olacaq", - Milli Məclisin iclasında Regional məsələlər komitəsinin sədri, millət vəkili Arif Rəhimzadə bildirib.

Azərbaycanda 2757 bələdiyyə fəaliyyət göstərir. Bələdiyyələrin birləşməsindən sonra onların sayı 1766 olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti