...

Ədalətin bərqarar olması naminə AŞ daxilində digər təsirli vasitələrindən də istifadə etməliyik - Ermənistan müxalifətinin deputatı

Siyasət Materials 25 İyun 2009 04:22 (UTC +04:00)

Fransa, Strasburq, 25 iyun / Trend , müxbir A.Məhərrəmli /

Ədalətin bərqarar olması naminə AŞ daxilində digər təsirli vasitələrindən də istifadə edilməlidir. Bu fikirləri Ermənistanın AŞ PA-dakı nümayənədə heyətinin üzvü, "İRS" müxalifət fraksiyasının üzvü Zaruhi Postanyan çərşənbə günü AŞ PA-nın plenar iclasında qurumun Ermənistan üzrə həmməruzəçiləri, Fransalı parlamentar Jorj Kolombye və Böyük Britaniyalı parlamentar Jon Preskotun hazırladıqları "Ermənistanda demokratik inistutlarının fəaliyyəti" adlı 11962 nömrəli sənədin müzakirəsi zamanı çıxışında deyib.

Ermənistan hökumətini kəskin tənqid edən deputat Ermənistan hökumətinin AŞ PA qarşısındkı öhdəliklərini yerinə yetirməməsinə görə erməni xalqının məyus və narazı olduğunu  qeyd edib. 

"Mən daha çox geopolitik və digər maraqları üstün tutan AŞ PA-nın fəaliyyətindən də narazılığımı bildirmək istəyirəm. Ermənistanda polis sistemi tamamilə hökumətdən asılıdır, ölkədə müstəqil və alternativ KİV-yoxdur, eləcə də adi fundamental azadlıqlara heç bir siyasi təminat yoxdur. Bütün bunlara baxmayaraq, ölkəyə qarşı heç bir sanksiya tətbiq edilmir. Hal-hazırda Ermənistandakı mövcud siyasi sistem Avropa Şurasının meyarlarına uyğun gəlmir. Erməni xalqı da cinayətkar Ermənistan hakimiyyətinə olan bu münasibətdən, bu mövqedən çaşqınlıq hissi keçirir"-deyə xanım Postanyan əlavə edib.

Çıxışının sonunda  o,  ədalətin bərqarar olması naminə Təşkilat daxilində digər təsirli vasitələrindən də istifadə etmənin vacib olduğunu vurğulayıb.

Qeyd edək ki, çərşənbə günü AŞ PA-nın plenar iclasının son mövzusu qurumun Ermənistan üzrə həmməruzəçiləri, Fransalı parlamentar Jorj Kolombye və Böyük Britaniyalı parlamentar Jon Preskotun hazırladıqları " Ermənistanda demokratik inistutlarının fəaliyyəti " adlı 11962 nömrəli sənədin müzakirəsi olub. Ilk söz alan həmməruzəçilər ümumilikdə ölkədəki demokratiyanın vəziyyəti haqqda danışdılar və əsas problemlərə toxundular.

Müzakirələr zamanı ilk çıxış edən Ermənistan üzrə fransalı məruzəçi Jorj Kolombye Ermənistanda son vaxtlar qəbul edilmiş amnistiya aktını yüksək qiymətləndirib və bildirib ki, bu fərman təkcə həbsdə olan şəxslər uçün deyil, habelə mart hadisələri zamanı polisdən gizlənən şəxslərə şamil edilir.

"Əgər onlar 2009-cu il ilin 31 iyulunadək hüquq - mühafizə orqanlarına təslim olsalar, bu amnistiya onlara da şamil ediləcək. Biz bu amnistiyanı dəstəkləyirik və qeyd etməliyik ki, bunun qəbul edilməsində AŞ PA-nın da rolu böyük olub. Hesab edirəm ki, mart hadisələri ilə bağlı müstəqil və şəffaf təhqiqat aparılmalıdır və bu prosesi artıq bitirmək lazımdır"-deyə fransalı deputat qeyd edib.

O, habelə qeyd edib ki, ölkədə məhkəmə və polis sistemində islahatların aparılmasına, eləcə də  seçki hüququna dair islahatlarında aparılmasına ehtiyac var.

"Biz Prekotla hesab edirik ki, indiki  məqamda AŞ PA Monitorinq Komitəsi  Ermənistanda gedən islahat proseslərini dəstəkləməlidir"-deyə Kolombye əlavə edib. 

Digər məruzəçi, britaniyalı deputat Con Preskot öz növbəsində bildirib ki, Ermənistanda bütün problemlər 100 faiz həll edilməyib, amma Assambleyanın tələblərindən irəli gələn mühüm addımlar atılıb. Bununla belə öz narahatlığımızı ifadə etməyə davam etdirəcək və Komitə daxilində işimizi irəli aparacağıq. 

Daha sonra hesabatla bağlı müzakirələr başlayıb və bir çox deputatlar Ermənistandakı insan haqları, demokratiya sahəsində narahatlıqlarının ifadə etdilər.
Sonda sənəd səsə qoyularaq qəbul edilib. Müzakirələrdə iştirak edən Ermənistan Parlamentinin spikeri Hovik Abrahamyan AŞ PA-da çıxış edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti