...

Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub

Siyasət Materials 29 İyun 2009 17:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 iyun / Trend /

Azərbaycan Prezidenti İlham Əliyevin və ölkəmizə işgüzar səfərə gələn Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin iyunun 29-da təkbətək görüşü olub. Bazar ertəsi AzərTAc Dövlət İnformasiya Agentliyi məlumat yayıb.

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Dmitri Medvedevi qarşılayıb.

Görüşdə Azərbaycan ilə Rusiya arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib və bu əlaqələrin gələcəkdə də inkişaf edəcəyinə əminlik ifadə olunub.

Həmçinin görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti