İran Prezidenti Mahmud Əhmədinejad iyulun 1-də Liviyaya səfər edəcək. Bu barədə İranın MEHR xəbər agentliyi məlumat yayıb.
Məlumata əsasən, Əhmədinejad Afrika Birliyinin (AB) iki ildən bir keçirilən iclasında iştirak etmək məqsədi ilə Liviyaya ikigünlük səfər edəcək. Əhmədinejadın iclasda çıxışı gözlənilir. Səfər zamanı prezidenti yüksək vəzifəli şəxslərdən ibarət nümayəndə heyəti müşayiət edəcək.
Trend -un arayışı: Afrika Birliyi 1999-cu ildə yaradılıb. Afrikanın 50-dən çox dövləti Birliyin üzvüdür. Birliyin 12-ci sammiti 2009-cu il fevralın 1-də Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində keçirilib. Sammitdə Liviya lideri Müəmmər Qəzzafi 1 il müddətinə Afrika Birliyinin (AB) sədri seçilib.