...

Türkiyənin əsas hədəfi Avropa İttifaqına üzvlükdür - ekspert

Siyasət Materials 9 İyul 2009 09:00 (UTC +04:00)
Türkiyənin əsas hədəfi Avropa İttifaqına üzvlükdür - ekspert

Azərbaycan, Bakı, 08 iyul / Trend , müxbir R.Hafizoğlu /

Türkiyəli analitik hesab edir ki, Türkiyə Qafqaz və Yaxın Şərqə yönəlik siyasət yürütsə də ölkənin xarici siyasətində əsas hədəf Avropa İttifaqına üzvlükdür.

"Türkiyə Yaxın Şərq və Qafqaza yönəlik siyasət yürütsə də ölkənin xarici siyasəyində əsas hədəf Aİ-yə üzvlükdür", - deyə Işık Universitetinin professoru Bülənt Aras çərşənbə günü Ankaradan telefonla Trend -a bildirib.

Trend un arayışı: Türkiyənin Aİ-yə daxil olması üzrə danışıqlar 2005-ci ildə başlayıb. Ekspertlərin proqnozlarına görə, Ankara bu istəyinə 10-15 il ərzində nail ola bilər.

Aİ dəfələrlə Türkiyədən danışıq prosesi ilə nəzərdə tutulan demokratik islahatların sürətləndirilməsini tələb edərək, inteqrasiya dosyesi üzrə danışıqların dondurulması ilə təhdid edib. Ankara da buna cavab olaraq Aİ-yə inteqrasiya və islahatları fəal şəkildə aparmaq tərəfdarı olduğunu bildirib.

Türkliyənin Dövlət naziri və Avropa İttifaqına üzvlüklə bağlı aparılan danışıqlarda baş müzakirəçisi Egemen Baxış keçirdiyi mətbuat konfransında Türkiyənin tez bir zamanda birliyə üzv olacağını bildirib. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu da ölkəsinin yaxın zamanlarda Aİ-yə tamhüquqlu üzv olacağını bildirib. "Avropa ittfaqı Türkiyəyə qapılarını açsa regionun ən güclü qurumuna çevrilə bilər", - deyə o qeyd edib.

Arasın fikrincə, bir çox Şərq ölkələrindən fərqli olaraq Türkiyənin xarici siyasəti hər hansı bir siyasi partiyaya yox dövlətin ümumi maraqlarına yönəlikdir.

"Türkiyənin xarici siyasəti tam demokratikdir və bu siyasət ölkədəki bütün siyasi partiyalar tərəfindən dəstəklənir ", - o qeyd edib.

Aras hesab edir ki, Türkiyə balanslı siyasət yürütməlidir və əgər bir ölkənin xarici siyasətində balans olmasa, bu ən azından daxili böhranla nəticələnə bilər.

"Əgər hakim partiya xarici siyasətdə səhvlər buxarırsa, bu səhvlər digər siyasi partiyalar tərəfindən düzəldilməlidir. Türkiyə hakimiyyətin siyasi səhvlərini müzakirə etmək ölkədə olan demokratiyadan irəli gəlir", - Aras bildirib.

Bütün bunlarla yanaşı türkiyəli ekspert hesab edir ki, siyasi səhvləri müzakirə etmək sabit xarici siyasətin olmaması anlamına gəlmək deyil.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti