...

Gürcüstanda federalizasiya haqqında danışıqları erkən hesab edirlər

Siyasət Materials 24 İyul 2009 17:21 (UTC +04:00)
Gürcüstanın Baş nazirinin müavini, reinteqrasiya məsələləri üzrə dövlət naziri Temur Yakobaşvili hesab edir ki, əraziləri geri qaytarılmayana kimi Gürcüstanın federalizasiyası haqqında danışmaq hələ tezdir.
Gürcüstanda federalizasiya haqqında danışıqları erkən hesab edirlər

Gürcüstan, Tbilisi, 24 iyul / Trend , müxbir N.Kirsxaliya /

Gürcüstanın Baş nazirinin müavini, reinteqrasiya məsələləri üzrə dövlət naziri Temur Yakobaşvili hesab edir ki, əraziləri geri qaytarılmayana kimi Gürcüstanın federalizasiyası haqqında danışmaq hələ tezdir.

"Gürcüstanın federal quruluşu haqqında düşünməyi və Abxaziya və Cənubi Osetiya üçün "qapını açıq saxlamağ"ı ABŞ-ın vitse-prezidenti Cozef Bayden tövsiyyə edib. Bu məsələ mərkəzdə həll olunmamalıdır", - Yakobaşvili jurnalsitlərə bildirib. - Bu barədə biz ilk növbədə bu ərazidə yaşayan əhalidən soruşmalıyıq".

Abxaziyanın qanuni hökumətinin başçısı Georgi Baramiya federalizm barədə təklifi "maraqlı" adlandırıb. Onun sözlərinə görə, federalizm Abxaziya üçün geniş səlahiyyətləri nəzərdə tutur. Baramiya Suxuminin bu təklifi eşidəcəyinə ümid etdiyini bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti