...

Azərbaycan paytaxtında oğurluqla məşğul olan dəstə zərərsizləşdirilib

Siyasət Materials 29 İyul 2009 17:14 (UTC +04:00)
Bakı Şəhər Baş Polis İdarəsindən çərşənbə günü Trend News-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər, əvvəllər məhkum olunmuş 1980-ci il təvəllüdlü Qarayev Rahib Ənvər oğlu və 1986-cı il təvəllüdlü Rzayev Elnur Fəxrəddin oğlu tutularaq istintaqa təhvil verilib.
Azərbaycan paytaxtında oğurluqla məşğul olan dəstə zərərsizləşdirilib

Azərbaycan, Bakı, 29 iyul / Trend , müxbir C.Babayeva /

Bakıda oğurluqla məşğul olan, əvvəllər məhkum olunmuş şəxslər saxlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən çərşənbə günü Trend -a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər, əvvəllər məhkum olunmuş 1980-ci il təvəllüdlü Qarayev Rahib Ənvər oğlu və 1986-cı il təvəllüdlü Rzayev Elnur Fəxrəddin oğlu tutularaq istintaqa təhvil verilib.

Xırdalan şəhər sakinləri olan şübhəli şəxslər iyunun 22-nə keçən gecə Yeni Günəşli yaşayış massivində yaşayan Baxışova Bibixanım Teymur qızına məxsus, yaşadığı evin qarşısındakı mağazadan pəncərənin şüşəsini sındırmaqla 1159 manat, ərzaq məhsulları, "V" massivində Əzimov Faiq Bafa oğluna məxsus, yaşadığı evin qarşısındakı mağazadan pəncərənin şüşəsini sındırmaqla 140 manat, ərzaq məhsulları oğurlayıblar.

Şübhəli şəxslər iyunun 22-də "Memar Əcəmi" metrostansiyasının yaxınlığında Heydər Əliyev küçəsində dayanmış "VAZ-2107" markalı maşının qapısının açıq olmasından istifadə edərək, maşını sürüb hadisə yerindən uzaqlaşıblar. Hadisədən dərhal sonra maşının sahibi Hüseynov Rəşad Vilayət oğlu Nəsimi RPİ-nin 19-cu polis bölməsinə gələrək ona məxsus olan "VAZ-2107" markalı 10-NS-253 dövlət nömrə nişanlı avtomaşının qaçırılması barədə şikayət ərizəsi yazıb. Keçirilən əməliyyat tədbirləri nəticəsində həmin maşın iyulun 1-də Sumqayıt şəhərində əla vəziyyətdə tapılıb.

Saxlanılanların digər cinayətləri isə iyulun 18-nə keçən gecə Baratov İlham Əliisa oğluna məxsus, Yeni Günəşli "AB" massivində 31 saylı binada yerləşən mobil telefon mağazasından 98 manat, 500 manat dəyərində danışıq kartları və 1300 manat dəyərində müxtəlif markalı mobil telefonların oğurlanmasıdır.

Faktla bağlı Suraxanı RPİ İŞ-də AR CM-nin 177-ci (oğurluq) və 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddələri ilə cinayət işi açılıb, istintaq aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti