...

AŞPA-da ölkələrə qeyri-obyektiv münasibət özünü hələ də göstərməkdədir – Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü

Siyasət Materials 30 İyul 2009 16:06 (UTC +04:00)
"Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçisi Andreas Herkel tərəfindən ölkəmiz haqqında qərəzli fikirlərin səsləndirilməsi birinci dəfə deyil. Ümumiyyətlə, bu təşkilatın bəzi təmsilçiləri vaxtaşırı olaraq Azərbaycanla bağlı qeyri-obyektiv fikirlər səsləndirirlər", - cümə axşamı Hacıbəyli hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına bildirib.
AŞPA-da ölkələrə qeyri-obyektiv münasibət özünü hələ də göstərməkdədir – Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü

Azərbaycan, Bakı, 30 iyul / Trend , müxbir C.Babayeva /

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili Gültəkin Hacıbəyli hesab edir ki, qurumda ölkələrə qeyri-obyektiv münasibət özünü hələ də göstərməkdədir.

"Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçisi Andreas Herkel tərəfindən ölkəmiz haqqında qərəzli fikirlərin səsləndirilməsi birinci dəfə deyil. Ümumiyyətlə, bu təşkilatın bəzi təmsilçiləri vaxtaşırı olaraq Azərbaycanla bağlı qeyri-obyektiv fikirlər səsləndirirlər", - cümə axşamı Hacıbəyli hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına bildirib.

Trend -un arayışı: Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçisi Herkel mətbuata bildirmişdi ki, beş il bundan əvvəl Azərbaycan daha azad ölkə idi. Herkel 2004-cü ildən bəri Azərbaycan üzrə məruzəçidir.

Hacıbəylinin sözlərinə görə, Azərbaycanda siyasi plüralizm və mətbuat azadlığı tam mövcuddur. "Xüsusilə son illər mətbuatın inkişafına daha çox diqqət yetirir. Sosial statusundan, tutduğu vəzifədən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir. Qanunu pozanlar buna adekvat olaraq cəzalarını almalıdırlar. Avropa Şurası isə bu məsələləri siyasiləşdirməməlidir", - millət vəkili deyib.

Millət vəkilinin bildirib ki, AŞPA Ermənistanda son prezident seçkiləri zamanı insanların qətlə yetirilməsini və çoxsaylı həbsləri sükutla qarşılayıb. "Buna görə həmin dövlət haqqında kəskin qərar verməyən bir təşkilatın öz fəaliyyətində ikilistandartlara yol verməsi və obyektiv olmaması göz önündədir", - Hacıbəyli bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti