...

Gürcüstanda "Qalxan 2009" təlimləri başa çatıb

Siyasət Materials 31 İyul 2009 11:05 (UTC +04:00)
Orfolo poliqonunda keçirilən Gürcüstan Silahlı Qüvvələrinin səhra təlimləri "Qalxan 2009"un başa çatmasını bu gün ölkə Prezidenti Mixail Saakaşvili, həmçinin parlament üzvləri və Gürcüstana akreditə olunmuş diplomatlar izləyiblər.
Gürcüstanda "Qalxan 2009" təlimləri başa çatıb

Gürcüstan, Tbilisi, 31 iyul / Trend , müxbir N.Kirtsxaliya /

Orfolo poliqonunda keçirilən Gürcüstan Silahlı Qüvvələrinin səhra təlimləri "Qalxan 2009"un başa çatmasını bu gün ölkə Prezidenti Mixail Saakaşvili, həmçinin parlament üzvləri və Gürcüstana akreditə olunmuş diplomatlar izləyiblər.

Prezident briqadaların komandirləri ilə iclas keçirib. "Mən orduda xidmət etməkdən daha qiymətli və mühim peşə təsəvvür edə bilmirəm. Bizim hər birimiz həm sizin, həm də vətən uğrunda canını qurban verənlər qarşısında borcluyuq", - Prezident əsgərlərə müraciət edib.

Deputatlar da təlimlərdən razı qaldıqlarını bildiriblər. Jurnalistlərə müsahibəsində beynəlxalq münasibətlər komitəsinin sədri Akaki Minaşvilinin qeyd etdiyi kimi, Gürcüstan ordusu regionda döyüş qabiliyyətli ən güclü ordu olmağa iddialıdır.

Təlimlərin məqsədi Gürcüstan xüsusi təyinatlı bölmələri tərəfindən əməliyyatlarda düşmənin taktika ehtiyatlarını məhv etmək olub.

Ölkənin cənubunda Orfolo poliqonunda "Qalxan 2009" adlı on yeddi günlük  təlimlər bu gün başa çatıb. Müdafiə əməliyyatlarının təkmilləşdirilməsi məqsədilə keçirilən təlimlər iyulun 13-də başlamışdı. Təlimlərə ölkənin Birləşmiş Qərargahının rəisi Devi Çankotadze başçılıq edib.

Xəbər lenti

Xəbər lenti