...

Azərbaycanın müstəqilliyinin əldə olunmasında naxçıvanlıların böyük əməyi olub – Prezident İlham Əliyev

Siyasət Materials 4 Avqust 2009 17:32 (UTC +04:00)
"Naxçıvanın güclü olması Azərbaycanın güclü olmasıdır. Naxçıvan strateji ərazidə yerləşir. Naxçıvanın çox böyük siyasi və strtateji əhəmiyyəti var", - dövlət başçısı bildirib.
Azərbaycanın müstəqilliyinin əldə olunmasında naxçıvanlıların böyük əməyi olub – Prezident İlham Əliyev

Azərbaycan, Bakı, 04 avqust / Trend /

Azərbaycanın müstəqilliyinin əldə olunmasında Naxçıvan və naxçıvanlıların böyük əməyi və zəhməti olub. Bu barədə çərşənbə axşamı Naxçıvan Muxtar Respublikasının 85 illiyinə həsr olunmuş təntənəli mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib. Məlumatı AzTV telekanalı yayıb.

"Naxçıvanın güclü olması Azərbaycanın güclü olmasıdır. Naxçıvan strateji ərazidə yerləşir. Naxçıvanın çox böyük siyasi və strtateji əhəmiyyəti var", - dövlət başçısı bildirib.

Prezident əmin olduğunu bildirib ki, bundan sonra da həmişə olduğu kimi naxçıvanlılar Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ölkənin müasir dövlət kimi inkişaf etdirilməsində öz sözünü deyəcək və dəyərli töhfələrini verəcəklər.

Xəbər lenti

Xəbər lenti