...

Azərbaycan Prezidenti Avropa Komissiyasının nümayəndəsini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib

Siyasət Materials 26 Avqust 2009 17:37 (UTC +04:00)
Görüşdə Azərbaycan ilə Avropa Komissiyası arasında əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb, Praqa sammitinin münasibətlərin möhkəmlənməsinə müsbət təsiri qeyd olunub və əlaqələrin gələcəkdə də tərəqqi edəcəyinə əminlik bildirilib.
Azərbaycan Prezidenti Avropa Komissiyasının nümayəndəsini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Avropa Komissiyasının Azərbaycandakı nümayəndəsi Alan Vaddamsı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Görüşdə Azərbaycan ilə Avropa Komissiyası arasında əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb, Praqa sammitinin münasibətlərin möhkəmlənməsinə müsbət təsiri qeyd olunub və əlaqələrin gələcəkdə də inkişaf etdiriləcəyinə əminlik bildirilib.

Dövlət başçısı Alan Vaddamsın Azərbaycan ilə Avropa Komissiyası arasında əməkdaşlığın genişləndirilməsi işinə öz töhfəsini verdiyini vurğulayaraq, gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Xəbər lenti

Xəbər lenti