Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Bakıda "Sərhədçi" olimpiya idman mərkəzinin açılış mərasimində iştirak edib, məlumati AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Dövlət baçısına məlumat verilib ki, metronun "Xalqlar Dostluğu" stansiyasının yaxınlığında böyük bir ərazidə inşa olunmuş mərkəzdə açıq və qapalı zallar, mehmanxana var. Burada sərhədçi idmançıların məşq keçmələri, müxtəlif səviyyəli yarışların təşkili üçün beynəlxalq standartlara uyğun şərait yaradılıb.
Prezident mərkəzlə tanış olub.
Dövlət başçısı mərasim iştirakçılarını təbrik edib, idmançılara uğurlar arzulayıb.