...

TürkPA-nın Nizamnaməsi və Əsasnaməsi qəbul olunub

Siyasət Materials 29 Sentyabr 2009 14:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 sentyabr / Trend , müxbir C.Babayeva/

Bakıda çərşənbə axşamı Türkdilli Dövlətlərin Parlament Assambleyasının plenar iclasında təşkilatın Nizamnaməsi və Katibliyin Əsasnaməsi qəbul olunur.

Azərbaycan Parlamentinin spikeri Oqtay Əsədov bildirib ki, TürkPA-nın nizamnaməsi beynəlxalq təşkilatların nizamnamələrinə müvafiq hazırlanıb.

"Dünən TürkPA Şurasının iclasında Nizamnamə müzakirə olunub və plenar iclasa tövsiyə edilib", - Əsədov bildirib.

"Assambleyanın Nizamnaməsinə 26 bənd daxildir", - Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib. "TürkPA-nın Katibliyinin Əsasnaməsində məqsədlər, funksiyalar və fəaliyyət istiqamətləri əks olunub", - o əlavə edib.

"Əsasnamədə həmçinin baş katibin və onun köməkçisinin səlahiyyətləri əks olunub. Onlar dörd ildən bir seçiləcək", - Mirzəyev bildirib.

Katibliyin büdcəsi 15 komponentdən yaradılacaq. "Büdcənin səkkiz hissəsi Türkiyə, dördü Qazaxıstan, ikisi Azərbaycan, bir hissəsi isə Qırğızıstan tərəfindən maliyyələşdiriləcək. Bu hissələr hər bir ölkənin mədaxilinə müvafiq olaraq müəyyən ediləcək", - Mirzəyev deyib.

O həmçinin bildirib ki, 2010-cu ildə TürkPA-nın büdcəsi 300 min avro təşkil edəcək. "Vəsaitin yarısı əmək haqlarına, digər hissəsi isə texniki xərclərə istifadə olunacaq", - Mirzəyev bildirib.

Çərşənbə axşamı Bakıda Azərbaycan Milli Məclisinin, Qazaxıstan Respublikası Parlamentinin, Qırğızıstan Joqorku Keneşinin və Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti üzvlərinin iştirakı ilə Türkdilli Dövlətlərin Parlament Assambleyasının plenar iclası keçirilir.

TürkPA-nın baş katibi vəzifəsinə Azərbaycan nümayəndəsi - hakim Yeni Azərbaycan Partiyasının gənclər təşkilatının sədri Ramil Həsənov seçilib.

Xəbər lenti

Xəbər lenti