...

Gürcüstanın deputat heyəti AŞPA-nın qətnaməsindən razıdır

Siyasət Materials 30 Sentyabr 2009 12:32 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 30 sentyabr / Trend , müxbir N.Kirtsxaliya/

Avropa Şurasının Parlament Assambleyası davamlı kəskin müzakirələrdən sonra Rusiyanı üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yanvarın 1-nə kimi yerinə yetirməyə məcbur edən, monitorinq komitəsi tərəfindən hazırlanan qətnaməni qəbul edib.

Jurnalistlərə Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Petr Tsiskarişvilinin bildirdiyi kimi, qəbul olunan qətnamə əvvəlki ilə müqayisədə daha məntiqlidir.

"Bu, Avropa Şurasının Rusiyaya dair tələblərini dəqiq şəkildə müəyyənləşdirməsi üzrə ilk haldır, Gürcüstana dair isə öhdəlikləri yerinə yetirdiyi üçün tələblər yoxdur", - o bəyan edib.

Tsiskarişvilinin sözlərinə əsasən, Rusiya və onun heç bir tərəfdarının təklifi nəzərə alınmayıb.

Qətnamənin qəbul olunmasından sonra Rusiya nümayəndə heyətinin üzvləri qəzəblərini gizlətməyiblər. Onlar bəyan ediblər ki, Rusiya bu qətnaməni yerinə yetirməyəcək, yanvarın 1-nə kimi Rusiyanın Aİ-dən çıxarılması barədə qərar qəbul edilərsə, o, çıxacaq "və bura daha cansıxıcı olacaq".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti