Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında" 2008-ci il 7 fevral tarixli sərəncamında dəyişikliklər edilməsi barədə Sərəncam imzalayıb, bu barədə məlumatı AzərTac Dövlət İnformasiya Agentliyi yayıb.
Sərəncama əsasən, 1-ci bənddə "Yaqub Eyyubov - Azərbaycan Respublikası Baş nazirinin birinci müavini" sözləri "Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri" sözləri ilə əvəz edilməlidir, "Niyazi Səfərov - Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini" sözləri çıxarılmalıdır.
Xarici İşlər Nazirliyinə Sərəncamın 1-ci bəndində göstərilən dəyişikliklər barədə Tacikistan Respublikası tərəfinə müvafiq bildiriş göndərilməsi tapşırılır.