...

Türkiyədə bütün milli azlıqlarla həqiqi dialoqların qurulması önəmlidir - Avropa Şurasının komissarı

Siyasət Materials 1 Oktyabr 2009 18:10 (UTC +04:00)
Avropa Şurasının rəsmi məlumatında bu qurumun insan hüquqları üzrə komissarı Tomas Hammarberqin Türkiyəni milli azlıqlarla həqiqi dialoqa başlamağa çağırdığı bildirilir.
Türkiyədə bütün milli azlıqlarla həqiqi dialoqların qurulması önəmlidir - Avropa Şurasının komissarı

Azərbaycan, Bakı, 01 oktyabr / Trend , müxbir Y.Ostapenko/

Avropa Şurasının rəsmi məlumatında bu qurumun insan hüquqları üzrə komissarı Tomas Hammarberqin Türkiyəni milli azlıqlarla həqiqi dialoqa başlamağa çağırdığı bildirilir. Cümə axşamı Hammarberq 28 iyun-3 iyul tarixlərində İstanbul, İzmir və Ankaraya etdiyi səfərlərin yekunu olaraq Türkiyədə milli azlıqların, həmçinin qaçqınların hüquqları ilə bağlı məruzə dərc etdirib.

Hammarberq öz məruzələrində razılıq hissi ilə bildirib ki, onun Türkiyəyə səfərindən sonra ölkə hökuməti kürd nümayəndələri və dini icma liderləri ilə dialoqun inkişaf etdirilməsi üçün müvafiq addımlar atıb. Komissar bir qrup dini icmalarda tədricolunma vəziyyətinin yaranmasından narahat olduğunu və dövləti multimədəni icma dəyərləri haqqında cəmiyyətin məlumatlandırılmasını artırmağa çağırıb. O həmçinin, qeyri-müsəlman dini icmalarının mülki hüquqlarının müdafiəsi üçün nəzərdə tutulmuş son qanunverici tədbirləri də maraqla qeyd edib.

Məruzədə ölkədaxili məcburi köçkünlərin, əsasən də kürd mənşəli şəxslərin ağır vəziyyəti qeyd edilib. Məruzəçi dövləti məcburi köçkünlərin könüllü olaraq daxili inteqrasiya, başqa yerə köçmə və ya geriyə qayıtma kimi hüquqlarından yararlanmasının təmin edilməsinə çağırıb.

Komissar Hammerberq həmçinin qaraçıların tədric olunmasından, öz sosial və vətəndaş hüquqlarının təmin edilməsi müşküllüyündən, hətta polis tərəfindən zorakılığa məruz qalmalarından da narahat olduğunu bildirib. O, qaraçılara qarşı diskriminasiya hallarını aradan qaldıra biləcək, onların normal yaşayış şəraitini və mədəni irsini təmin və müdafiə edə biləcək effektiv siyasətin həyata keçirilməsini təklif edib. Hammerberq tez bir zamanda insan hüqüqları üzrə effektiv milli institutun yaradılmasını, cinsi və milli ayrıseçkiliyə qarşı qanunun yaradılıb həyata keçirilməsini, insan hüquqları üzrə Avropa Konvensiyasının 12 saylı Protokolunun ratifikasiyası və Türkiyənin milli azlıqların müdafiəsi üzrə Çərçivə Konveksiyasına qoşulmasını da məsləhət görüb. Türkiyə dövlətinin insan alverinə qarşı atdığı addımları bəyəndiyini bildirən Hammarberq, yeni hərəkət planının da tezliklə hazırlanacağını və ölkə hüdudlarında qaçqınlararası tələfatların identifikasiyasının (təsdiqlənməsinin) yaxşılaşdırılmasının məqsədəuyğun olduğunu qeyd edərək, insan alverinə qarşı Avropa Şurası Konvensiyasının ratifikasiyasının vacibliyini də xatırladıb.

Sonda komissar yeni qanun layihəsinə uyğun olaraq siyasi sığınacaq istəyən insanlarla iş üzrə ixtisaslaşmış qeyri-dövlət təşkilatları ilə qarşılıqlı işbirliyini aktivləşdirməyi də dövlət nümayəndələrinə tövsiyə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti