...

Gürcüstanda NATO Günləri keçiriləcək

Siyasət Materials 2 Oktyabr 2009 14:38 (UTC +04:00)
5-9 окtyabr tarixlərində Gürcüstanda NATO Günləri keçiriləcək.
Gürcüstanda NATO Günləri keçiriləcək

Gürcüstan, Tbilisi, 02 oktyabr / Trend , müxbir N.Kirsxaliya/

5-9 окtyabr tarixlərində Gürcüstanda NATO Günləri keçiriləcək. NATO informasiya mərkəzinin verdiyi məlumata əsasən, NATO Günləri çərçivəsində müxtəlif tədbirlərin, həmçinin konfransların keçirilməsi, tələbələr, qeyri-hökumət təşkilatları və siyasətçilərlə görüşlərin təşkili nəzərdə tutulub.

NATO Günləri çərçivəsində alyansın xüsusi nümayəndə heyəti Gürcüstana səfər edəcək.

NATO Günləri çərçivəsində təşkilatın informasiya mərkəzinin nümayəndələri də qonaqlarla birlikdə Kutaisi, Batumi və Qurdcaanidə olacaq, orada keçirilən görüşlər və digər tədbirlərdə iştirak edəcklər.

NATO Günləri oktyabrın 9-da Tbilisi Musiqi və Dram Teatrında "Marlen Ditrix" tamaşasının səhnələşdirilməsi ilə sona çatacaq.

Xəbər lenti

Xəbər lenti