...

Azərbaycan və Pakistan hərbi-siyasi əməkdaşlıq məsələlərini müzakirə ediblər

Siyasət Materials 5 Oktyabr 2009 12:56 (UTC +04:00)
Azərbaycan-Pakistan hərbi-siyasi əməkdaşlıq perspektivlərini bazar ertəsi Bakıda Azərbaycanın müdafiə naziri Səfər Əbiyev və Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Tariq Məcid müzakirə edib.
Azərbaycan və Pakistan hərbi-siyasi əməkdaşlıq məsələlərini müzakirə ediblər

Azərbaycan, Bakı, 05 oktyabr / Trend , müxbir K.Zerbaliyeva/

Azərbaycan-Pakistan hərbi-siyasi əməkdaşlıq perspektivləri bazar ertəsi Bakıda Azərbaycanın müdafiə naziri Səfər Əbiyev və Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Tariq Məcid arasında müzakirə olunub.

Danışıqlar Tariq Məcidin Bakıya səfəri zamanı keçirilib, Trend -a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Görüşdə tərəflər Qafqaz və Yaxın Şərqdəki vəziyyət, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını müzakirə ediblər.

Bu gün Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib.

Xəbər lenti

Xəbər lenti