Azərbaycan, Bakı, 08 oktyabr / Trend , müxbir S.Ağayeva/
Payızda Krallığın dövlət katibi Ed Kronenburq Bakıda Niderland ilə Azərbaycan arasında əməkdaşlığın perspektivlərini müzakirə edəcək.
Azərbaycanın Niderlanddakı səfirinin birinci katibi Elçin Bəşirovun cümə axşamı Trend -a verdiyi məlumata görə, dövlət katibinin səfəri noyabrın ikinci yarısına planlaşdırılır.
Kronenburqun siyasi, iqtisadi və humanitar sahələrin müxtəlif inkişaf aspektləti haqqında əməkdaşlığı müzakirə edəcəyi gözlənilir.
Oktyabrda, həmçinin Niderlandın Bakıda səfirliyinin açılışı da planlaşdırılır.
Bəşirov deyib ki, yaxın günlərdə Niderlandın yeni səfiri öz fəaliyyətinə başlamaq üçün Bakıya gələcək.
Səfirliyin açılması təklifi ilə daha əvvəl Niderlandın xarici işlər naziri Maksim Ferhahen çıxış etmişdi.
Səfirlik Niderland şirkətlərində işləyən əməkdaşlara xigmət göstərəcək və enerji sahəsində əməkdaşlıqla məşğul olacaq.
Niderland səfiri Bakıdakı Avropa İttifaqı ölkələrinin səfirləri, həmçinin Tbilisi və Ankarada olan səfirliklərlə də sıx əlaqədə işləyəcək.
Azərbaycanın Niderlanddakı səfirliyi 2007-ci ildə açılıb və fəaliyyətdə olan səfiri Fuad İsgəndərovdur.
Azərbaycan ilə Niderland Krallığı arasında 2009-cu ilin yanvar-aprel ayları üzrə mal dövriyyəsi 17,8 milyon dollar təşkil edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]