...

Liviya və Pakistan dövlətlərinin başçıları Azərbaycan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik ediblər

Siyasət Materials 16 Oktyabr 2009 20:56 (UTC +04:00)
Bu gün Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsinin başçısı Müəmmər əl-Qəzzafi Azərbaycan Prezidentinin Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib, AzərTAc Dövlət İnformasiya Agentliyi məlumat verib.
Liviya və Pakistan dövlətlərinin başçıları Azərbaycan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik ediblər

Bu gün Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsinin başçısı Müəmmər əl-Qəzzafi Azərbaycan Prezidentinin Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib, AzərTAc Dövlət İnformasiya Agentliyi məlumat verib.

"Dost ölkənizin Müstəqillik Günü münasibətilə şəxsən öz adımdan və Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsinin xalqı adından Sizə ən səmimi təbriklərimi və arzularımı çatdırmaq mənim üçün çox xoşdur. Bu münasibətlə zati-alinizə cansağlığı və səadət, dost Azərbaycan xalqına isə tərəqqi və çiçəklənmə arzu edirəm", - təbrik məktubunda deyilir.

Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari də Azərbaycan Prezidentinin Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib, AzərTAc Dövlət İnformasiya Agentliyi məlumat verib.

"Azərbaycanın Müstəqillik Günü münasibətilə Sizə Pakistan xalqı və Hökuməti adından səmimi təbriklərimi yetirmək mənə böyük məmnunluq verir. Azərbaycanın Sizin rəhbərliyiniz altında tərifəlayiq inkişafa nail olduğunu sevinc hissi ilə qeyd edirəm. Azərbaycan inkişaf və rifah yoluna doğru addımlayarkən Pakistan həmişə onun yanında olacaqdır. Zati-aliləri, mən Sizə cansağlığı və uzun ömür arzulayır, qardaş Azərbaycan xalqının davamlı xoşbəxtliyi və inkişafı üçün dua edirəm", - təbrik məktubunda deyilir.


Xəbər lenti

Xəbər lenti