...

Azərbaycan və Ermənistan kommunistləri Rusiyada görüşəcəklər

Siyasət Materials 20 Oktyabr 2009 17:44 (UTC +04:00)
Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanovun başçılıq etdiyi Azərbaycanın kommunist qrupu oktyabrın 24-də Moskvada keçiriləcək MDB kommunistlərinin 34-cu qurultayında iştirak edəcək.
Azərbaycan və Ermənistan kommunistləri Rusiyada görüşəcəklər

Azərbaycan, Bakı, 20 oktyabr / Trend , müxbir M.Əliyev/

Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanovun başçılıq etdiyi Azərbaycanın kommunist qrupu oktyabrın 24-də Moskvada keçiriləcək MDB kommunistlərinin 34-cu qurultayında iştirak edəcək. Bu barədə çərşənbə axşamı Trend -a AKP-dən bildirilib.

İclas zamanı AKP nümayəndələri Ermənistandan olan həmkarları ilə Ermənistan və Türkiyə arasında diplomatik münasibətlərin bərpa edilməsi məsələsini də müzakirə edəcəklər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti