Azərbaycan, Bakı, 22 oktyabr / Trend , muxbir H.Bağırov/
Azərbaycan paytaxtında ali məktəbə qanunsuz yolla tələbə qəbul etdirməkdə ittiham olunan şəxsin barəsində cinayət işi başlanıb.
Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsindən Trend -a verilən məlumata görə, Sumqayıt şəhər sakini, 32 yaşlı Müşfiq Şəmsi oğlu Mollayev Bakı şəhər sakini, 43 yaşlı Adil Rəfi oğlu Bayramovun övladını ali məktəbə düzlətmək adı ilə 26 min ABŞ dollarını alaraq, mənimsəyib.
Mollayev 25 yaşlı İlqar Rauf oğlu Musayevin adına bankdan kredit almaq adı ilə 230 manatını alıb. Lakin o, vədinə əməl etməyərək, Musayevin verdiyi pulu mənimsəyib.
Faktla bağlı araşdırma aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]