...

Azərbaycan Prezidenti Türkiyənin Quru Qoşunları komandanının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 2 Noyabr 2009 19:57 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də Türkiyənin Quru Qoşunları Komandanı İşık Koşanerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Prezidenti Türkiyənin Quru Qoşunları komandanının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də Türkiyənin Quru Qoşunları Komandanı İşık Koşanerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlətimizin başçısı Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrdə olduğu kimi, hərbi sahədə də uğurla davam edəcəyinə əminliyini ifadə edib. Prezident İlham Əliyev ümidvar olduğunu bildirib ki, Türkiyənin Quru Qoşunları komandanı İşık Koşanerin Azərbaycana səfəri bu sahədə əməkdaşlığımızın perspektivləri ilə bağlı məhsuldar müzakirələr aparılması baxımından əhəmiyyətli olacaq.

Quru Qoşunları komandanı İşık Koşaner qeyd edib ki, Türkiyə və Azərbaycan silahlı qüvvələri arasında əməkdaşlıq dünyaya nümunə olacaq səviyyədədir. İşık Koşaner bu əlaqələrin bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.

Xəbər lenti

Xəbər lenti