...

Gürcüstanda "donuz qripi"nə dörd yeni yoluxma halı aşkar edilib

Siyasət Materials 3 Noyabr 2009 17:03 (UTC +04:00)
Gürcüstanda "donuz qripi"nə dörd yeni yoluxma halı aşkar edilib. Bu barədə bu gün jurnalistlərə Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin direktoru Paat İmnadze bildirib.
Gürcüstanda "donuz qripi"nə dörd yeni yoluxma halı aşkar edilib

Gürcüstan, Tbilisi, 03 noyabr / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstanda "donuz qripi"nə dörd yeni yoluxma halı aşkar edilib. Bu barədə bu gün jurnalistlərə Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin direktoru Paat İmnadze bildirib.

Onun sözlərinə görə, bu yoluxmalardan ikisi Ukraynadan, biri Türkiyədən və biri Böyük Britaniyadan ölkəyə "gətirilib".

Yoluxmuş şəxslərdə xəstəlik orta formadadır və onlar həkim müşahidəsi altındadırlar.

Hazırda Gürcüstanda А/H1N1 virusuna 31 yoluxma halı qeydə alınıb.

"Biz adi rejimdə işləyirik və hər hansı bir xüsusi tədbir görməyə hazırlaşmırıq, belə ki, bizim tərəfimizdən qəbul olunan tədbirlər özünü doğruldur və ÜST-nin (Ümumdünya Səhiyyə Təşkilatı) tövsiyələrinə müvafiqdir", - İmnadze bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti