...

İlham Əliyev Dağıstanın Prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 6 Noyabr 2009 15:16 (UTC +04:00)
Dövlətimizin başçısı Azərbaycan-Rusiya arasında ikitərəfli münasibətlərin, o cümlədən Dağıstan Respublikası ilə əlaqələrin inkişaf etdiyini vurğulayıb. Əməkdaşlıq imkanlarını daha da genişləndirməyin zəruriliyini bildirən Prezident İlham Əliyev Dağıstan Prezidenti Muxu Əliyevin ölkəmizə səfərinin əlaqələrimizin perspektivlərini müzakirə etmək baxımından yaxşı fürsət yaratdığını qeyd edib.
İlham Əliyev Dağıstanın Prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da Dağıstan Respublikasının Prezidenti Muxu Əliyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib, AzərTAc dövlət agentliyi məlumat yayıb.

Dövlətimizin başçısı Azərbaycan-Rusiya arasında ikitərəfli münasibətlərin, o cümlədən Dağıstan Respublikası ilə əlaqələrin inkişaf etdiyini vurğulayıb. Əməkdaşlıq imkanlarını daha da genişləndirməyin zəruriliyini bildirən Prezident İlham Əliyev Dağıstan Prezidenti Muxu Əliyevin ölkəmizə səfərinin əlaqələrimizin perspektivlərini müzakirə etmək baxımından yaxşı fürsət yaratdığını qeyd edib.

Prezident Muxu Əliyev bildirib ki, yenidən qardaş Azərbaycana baş çəkmək imkanının yaranması onun üçün çox xoşdur. O, Dağıstan ilə Azərbaycan arasında ən səmimi əlaqələrin olduğunu vurğulayıb.



Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti