...

Gürcüstan XİN beynəlxalq cəmiyyətləri yeniyetmələrin azad edilməsi məsələsində böyük fəallıq göstərməyə çağırıb

Siyasət Materials 9 Noyabr 2009 17:27 (UTC +04:00)
Gürcüstanın XİN-i beynəlxalq cəmiyyətləri Osetin separatistləri tərəfindən tutulmuş dörd gürcüstanlı yeniyetməni azad edilməsi məsələsində böyük fəallıq göstərməyə çağırıb.
Gürcüstan XİN beynəlxalq cəmiyyətləri yeniyetmələrin azad edilməsi məsələsində böyük fəallıq göstərməyə çağırıb

Gürcüstan, Tbilisi, 09 noyabr / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstanın Xarici İşlər Nazirliyi beynəlxalq cəmiyyətləri Osetiya separatçıları tərəfindən tutulmuş dörd yeniyetmə gürcünün azad edilməsi məsələsində böyük fəallıq göstərməyə çağırıb.

Gürcüstan müdafiə nazirinin müavini Nino Kalandadzenin bu gün brifinqdə bildirdiyi kimi, Gürcüstan tərəfinin yeniyetmələrin vəziyyəti barədə məlumatı yoxdur.

"Avropa İttifaqının nəzarət missiyası verilmiş faktla əlaqədar xüsusi məlumat yayıb. Lakin görünür ki, yalnız buna bənzər bəyanatla kifayətlənir ki, bu da qeyri-kafidir. Biz bir daha beynəlxalq təşkilatları bu fakta daha məsuliyyətli yanaşmağa və bizdə olmayan bütün vasitələrdən istifadə etməyə çağırırıq, çünki onlar bir tərəfdən yeniyetmədirlər, digər tərəfdən isə bu cinayətdir", - o deyib.

Kalandadze yetkinlik yaşına çatmamışlar barədə bu günə təyin olunmuş məhkəmə prosesinin ləğv edilməsindən məmnunluğunu ifadə edib və qeyd edib ki, "danışıqlar üçün bizim çox vaxtımız olacaq".

Tirdznisi Qori rayonunun ictimai kənd məktəbində oxuyan Georgi Romelaşvili, Aleko Sabadze, Viktor Buçukuri və Levan Xmiadaşvili noyabrın 4-də Sxinvali rayonu ərazisində tutulublar. Onlar Cənubi Osetiya sərhədini pozmaqda günahlandırılırlar. Osetiya polisləri yeniyetmələri tutan zaman onlarda əl qumbaraları və partlayıcı maddələr aşkarlanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti