...

Azərbaycan Parlamnetinin deputatı KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna büdcədən vəsaitin artırılmasını təklif edir

Siyasət Materials 12 Noyabr 2009 14:48 (UTC +04:00)
“2010-cu ilin dövlət büdcəsində Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna nəzərdə tutulan vəsait azdır”, - Trend News-un məlumatına görə, cümə axşamı Milli Məclisdə 2010-cu ilin dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov bildirib.
Azərbaycan Parlamnetinin deputatı KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna büdcədən vəsaitin artırılmasını təklif edir

Azərbaycan, Bakı, 12 noyabr / Trend , muxbir A.Hüseynbala/

"2010-cu ilin dövlət büdcəsində Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna nəzərdə tutulan vəsait azdır", - Trend -un məlumatına görə, cümə axşamı Milli Məclisdə 2010-cu ilin dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov bildirib.

Trеnd Nеws-un аrаyışı: Azərbaycan Prezidenti İlham Əliyev bu il aprelin 3-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılması haqda fərman imzalayıb. Fondun xərcləri hər il dövlət büdcəsində ayrıca göstəriləcək.

Sadıqovun sözlərinə görə, gələn il üçün büdcədə nəzərdə tutulan 2 milyin manat vəsaitin təxminən 1,3 milyonu fonda qalır. "Çünki dövlət tərəfindən maliyyələşdirilən qəzetlər də var. Bu o deməkdir ki, vəsaitin artırılmasına ehtiyac böyükdür", - o əlavə edib.

Millət vəkili Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu üçün nəzərdə tutulan vəsaitin 1 milyon manat artırılmasıni təklif edib. "Bunu jurnalistlərin adından xahiş edirəm və düşünürəm ki, onların xahişi yerinə yetiriləcək", - baş redaktor vurğulayıb.

Azərbaycanda dörd minə yaxın kütləvi infоrmаsiyа vаsitəsi qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 8 ümumrespublika, 14 regional, 13 kabel televiziyası fəаliyyət göstərir. Аzərbаycаndа 50-yə yaxın elektron KIV, təxminən 20 informasiya agentliyi vаr. Qalanları isə internet resurslarıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti